Bu il Çin-Azərbaycan-Avropa dəhlizi ilə 53 konteyner qatarı yola salınacaq

Bu il ərzində Beynəlxalq Trans-Xəzər Nəqliyyat Dəhlizi (BTND) vasitəsilə Çindən Bakı (Azərbaycan) və Tbilisidən (Gürcüstan) keçməklə İstanbula (Türkiyə) 53 konteyner qatarının yola salınması planlaşdırılır. Avtosfer.az xəbər verir ki, bu barədə "Report"un "Express-K" portalına istinadən verdiyi xəbərə görə, bunu "Qazaxıstan Dəmir Yolları" SC-nin prezidenti Askar Mamin bildirib.
"Beynəlxalq Trans-Xəzər Nəqliyyat Dəhlizi üzərindən "Nomad Express" konteyner servisi buraxılıb, Çindən Azərbaycan, Türkiyə, Ukrayna və geriyə pilot konteyner qatarları təşkil edilib", - deyə A.Mamin qeyd edib.
Bundan başqa, onun sözlərinə görə, "Nomad Express" vasitəsilə Baltikyanı ölkələrdən keçərək, Qara dəniz limanlarından ötməklə, Qazaxıstan, Mərkəzi Asiya ölkələri və Çinə konteyner qatarlarının buraxılması planlaşdırılır: "2020-ci ilə kimi Asiya ilə Avropa arasında körpü kimi Trans-Xəzər marşrutunun potenisalı, yəni konteyner sayı TEU (ölçü vahidi) ekvivalentində 300 min ədəd təşkil edəcək".
"Çin-Avropa-Çin, Şimal-Cənub, BTND üzərindən optimal tranzit dəhlizlər yaradılır. Bütövlükdə, 2020-ci ilədək bu dəhlizlərdən yükdaşınmanın potensialı - konteyner sayı 2 mln. ədəd olacaq. Bununla yanaşı, 2016-cı ildə Qazaıstan üzərindən Çin-Avropa İttifaqı-Çin istiqamətində 100 min konteyner daşınacaq", - qeyə Qazaxıstan nümayəndəsi əlavə edib.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












