Banner

Bu il hansı ixtisaslar üzrə dövlət hesabına xaricdə təhsil mümkün olacaq? – EKSPERT ŞƏRHİ

Gündəm 8 Yanvar 2025 12:30 Oxunub 264
Bu il hansı ixtisaslar üzrə dövlət hesabına xaricdə təhsil mümkün olacaq? – EKSPERT ŞƏRHİ
WhatsApp kanalımıza abunə ola bilərsiniz

2024-cü il dekabrın 29-u Elm və Təhsil Nazirliyi tərəfindən 2025-2026-cı tədris ili üzrə Dövlət Proqramı çərçivəsində xaricdə təhsil üçün universitet və proqramların siyahısı açıqlanıb.

Avtosfer.az xəbər verir ki, siyahıda açıqlanan universitetlərdə təhsil almaq üçün müraciət edən vətəndaşlardan hansısa ödəniş tələb edilmir. Yəni proqram tamamilə dövlət tərəfindən maliyyələşdirilir və təhsil almaq hüququ alan şəxslərdən hansısa ödəniş tələb edilmir.

Siyahıya nəzər yetirsək, burada bir neçə ixtisasın prioritetlik təşkil etdiyini görmək olar. Bəs siyahı üçün seçilən ixtisaslar hansı prioritetlər əsasında qəbul olunub? Siyahıda olan ixtisaslar arasında Azərbaycanda, nəinki tədrisi, hətta tətbiqi belə olmayanlar var. Bu, gələcəyə yönəlik hansısa planlaramı əsaslanır?

Mövzu ilə bağlı təhsilin idarə olunması üzrə mütəxəssis Qoşqar Məhərrəmov Avtosfer.az-a açıqlamasında bildirib ki, növbəti il üçün xaricdə təhsil proqramının əsasən dünyanın qabaqcıl universitetlərində müəyyən müasir ixtisaslardan ibarət olduğunu görərik:


“Çünki Azərbaycan üçün bu proqramın mahiyyəti ondan ibarətdir ki, Azərbaycan öz gələcək kadrlarını bu proqram vasitəsi ilə yetişdirməyə çalışır. Milli Məclis, Nazirlər Kabineti, Elm və Təhsil Nazirliyi Prezidentin sərəncamından yola çıxaraq, Azərbaycan üçün gələcəkdə müasir tələblərə cavab verən kadrların üzə çıxması üçün birgə səy göstərir. Gələcəyin ixtisasları əlbəttə dəyişir, bu ixtisasların müəyyən istiqamətləri mövcuddur. Bunlardan ən önəmliləri - kompüter texnologiyaları, enerji və data məsələsidir. Humanitar elmlər burada geri planda qalır. Bu da müasir dövrdə humanitar elmlərin Azərbaycanda da öyrənilə biləcəyi ilə bağlı planlardan irəli gəlir.

Çünki müasir dövrdə, əlbəttə ki, internetin olmadığı bir mühitdə də laboratoriya və texniki baza olmadan da humanitar elmlərin öyrənilməsi mümkündür. Ola bilsin ki, humanitar ixtisasları öyrənmək istəyən bir tələbənin öz ölkəsində də bu təhsilə yiyələnə biləcəyi düşünüldüyü üçün belə bir addım atılıb. Amma astrofizika, kosmik mühəndislik, müxtəlif enerji sahələri, kəndə təsərrüfatı, şəhər planı üzrə ixtisasların olması həqiqətən sevindirici haldır.


Çünki bu ixtisaslar Azərbaycanda müəyyən bir ənənəyə malik olsa da müasir trendlərdən geri qalır. Ona görə də mühəndislik sahəsində nəsə görürüksə, bunların əksəriyyəti xarici mütəxəssislər tərəfindən hazırlanır. Amma biz istəyirik ki, bizim yerli kadrlar bu işləri görsünlər. Ona görə də bu mənada yerli kadrlarımız yetişdirməliyik. Azərbaycan dövlətinin bu addımı təqdirə layiq bir haldır ki, bu tələbələri maliyyələşdirilir”.

Mütəxəssis vurğulayıb ki, bundan sonra olması gərəkən həmin tələbələrin Azərbaycana gəlib işləyə biləcəyi mühitin yaradılmasıdır:

“Həm iş mühitini, həm də bazanı yaratmaq lazımdır ki, onlar potensialını göstərə bilsinlər. Əks halda, onlar geri gəldikləri zaman görsələr ki, onların öyrəndiklərini burada bilən yoxdur, ruh düşkünlüyü yaşayacaqlar. Ona görə də biz o tələbələri xaricə göndərməklə bərabər, onların işləməsi üçün lazımi sistemi qurmalıyıq”.
 

Eltac Zülfüqaroğlu

ŞƏRH YAZ
Ad

E-mail

Şərh