Bu ilin ilk 9 ayında, yol qəzalarında – 1555 yaralı, 571 ölü

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandakı avtomobil yollarında baş vermiş yol-nəqliyyat hadisələri haqqında statistika açıqlanıb. Hesabat dövrü ərzində ölkə üzrə yol-nəqliyyat hadisələri və zərərçəkənlərin sayının azalması müşahidə olunur.
Dövlət Statistika Komitəsindən Avtosfer.az-a verilən məlumata görə, 2015-ci ilin müvafiq dövrünə nisbətən hadisələrin sayı 9,9%, zərərçəkənlərin sayı isə 11,9% azalıb. Zərərçəkənlərin 1 555 nəfəri müxtəlif dərəcəli bədən xəsarəti alıb, 571 nəfəri isə həlak olub.
Yol-nəqliyyat hadisələrinin çox hissəsi (1 302) yaşayış məntəqələrində baş verib, nəticədə 1 827 nəfər zərər çəkib, onlardan 374 nəfər həlak olub, 1 453 nəfər isə yaralanıb. 2015-ci ilin eyni dövrü ilə müqayisədə ölənlərin sayı 15,8%, yaralananların sayı isə 11,2% azalıb.
Bütün yol-nəqliyyat hadisələrinin 41,0%-i nəqliyyat vasitələrinin və piyadaların, 21,6%-i bir nəqliyyat vasitəsinin, 37,4%-i bir neçə nəqliyyat vasitəsinin iştirakı ilə baş verib və 2015-ci ilin müvafiq dövrünə nisbətən hadisələrin sayı müvafiq olaraq 6,7%, 18,2% və 7,9% azalıb.
Yol-nəqliyyat hadisələrinin 44,2%-i gündüz, 38,5%-i gecə, 17,3%-i isə toran vaxtı baş verib. Hadisələrin 29,0%-i həftənin şənbə və bazar günlərinə təsadüf edib.
Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 30 hadisə baş verib, nəticədə 45 nəfər zərər çəkib. Belə hadisələrin 80,0%-i minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.
2016-cı ilin yanvar-sentyabr aylarında yol-hərəkəti qaydaları əleyhinə 2 231,6 min və ya 2015-ci ilin eyni dövrü ilə müqayisədə 22,5% çox inzibati xəta aşkarlanıb. Xətaların 51,8%-i yolda müəyyən edilmiş hərəkət sürəti həddinin aşılması, 10,7%-i dayanma və ya durma qaydalarının pozulması, 4,5%-i yol ayrıcını keçmə, 4,2%-i yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi, 4,2%-i təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması, qalan hissəsi isə digər səbəblər üzrə aşkarlanıb. Qaydaların pozulmasına görə 61,3 mln. manat məbləğində cərimələr tətbiq edilib.
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA










