Bu ilin ilk ay tutulması baş verib

2016-cı ilin ilk ay tutulması baş verib. Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov apa-ya açıqlamasında bildirib ki, ilk ay tutulması martın 23-də qeydə alınıb.
Onun sözlərinə görə, saat 13:42-də başlayan hadisənin maksimumu 15:48-də olub, 17:54-də isə başa çatıb: "Bu tutulmalar kölgəvari sayıldığından bunu gözlə müşahidə etmək mümkün olmayıb. Sadəcə diqqətlə baxsaq görərik ki, ayın işığı bir qədər zəifləyir. Bu tutulma Sakit Okeanda, Asiyada, Avstraliyada, Meksikada, Cənubi Amerika və Antarktidada müşahidə olunub".
X.Mikayılov qeyd edib ki, növbəti ay tutulması isə sentyabrın 16-da qeydə alınacaq: "Başlanğıcı saat 21:57-də olacaq hadisə 23:55-də maksimumda olacaq, saat 01:54-də isə başa çatacaq. Bu da yarım kölgəvari ay tutulmasıdır. Azərbaycandan da bu tutulmanı qismən müşahidə etmək mümkün olacaq".
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI












