Bu ilin ilk yarısında Bakıda 6094 cinayət qeydə alınıb

Bu ilin ilk yarısında Bakıda Daxili İşlər Nazirliyi və Prokurorluq üzrə 6094 (2016-cı ildə 6644) cinayət qeydə alınıb. Avtosfer.az-ın xəbərinə görə, bu barəd Bakı Şəhər Baş Polis İdarəsində keçirilən 2017-ci ilin birinci yarısının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş əməliyyat müşavirəsində bildirilib. Qeyd olunub ki, həmin cinayətlərin 82,4%-i (5024-ü) az ağır və böyük ictimai təhlükə törətməyən, 17,6%-i isə (1070-i) ağır və xüsusilə ağırdır. 2016-cı ilin eyni dövrü ilə müqayisədə şəxsiyyət əleyhinə cinayətlər 3,4%, o cümlədən adam öldürməyə cəhdlər 46,2% azalıb. Cinayətlərin 79,9%-i (79,6%), ağır növlərinin 81,0%-in(80,7%), qeyri-aşkar şəraitdə baş verənlərin 71,1%-i (69,2%), şəxsiyyət əleyhinə olan 892 cinayətdən 94,9%-i (96,3%), o cümlədən qəsdən adam öldürmələrin 96,8%-i (96,7%), adam öldürməyə cəhdlərin 100%-i (100%) açılıb. Müqayisə edilən dövrlə nisbətdə ümumi cinayətlərin açılması 0,3%, qəsdən adam öldürmələr 0,1%, qəsdən sağlamlığa ağır zərər vurmalar 1,9%, mülkiyyət əleyhinə olan cinayətlər 2,4%, o cümlədən xüsusi əmlak oğurluqları 4,6%, mənzillərdən edilən oğurluqlar 3,5%, mal-qara oğurluğu 8,4%, avtonəqliyyat oğurluğu 36,7%, soyğunçuluqlar 9,2%, quldurluqlar 9,0%, ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin açılması isə 0,8% yaxşılaşıb.
Elmin
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












