Bu istiqamətlər üzrə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

30 istiqamət üzrə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır.
Bu barədə Avtosfer.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Bildirilib ki, sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində Bakı-Gəncə, Bakı-Lənkəran, Bakı-Tərtər, Bakı-Ağdaş, Bakı-Cəlilabad, Bakı-Oğuz, Bakı-Masallı, Bakı-Beyləqan, Bakı-İmişli, Bakı-Ağcabədi, Bakı-Qəbələ, Bakı-Cəbrayıl, Bakı-Zəngilan (Ağalı kəndi), Bakı-Qubadlı, Gəncə-Astara, Gəncə-Zaqatala, Sumqayıt-Mingəçevir, Sumqayıt-Quba, Sumqayıt-Kürdəmir, Sumqayıt-Qazax, Sumqayıt-Xankəndi-Laçın, Astara-Mingəçevir, Mingəçevir-Ağcabədi, Şəki-Mingəçevir, Bərdə-Şəki, Ağcabədi-Xankəndi-Laçın, Horadiz-Laçın, Xudat-Quba, Nabran-Qusar və Naftalan-Suqovuşan şəhərlərarası avtobus marşrutlarını müsabiqəyə çıxarılır.
Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.
Sənədlər 1 mart 2025-ci il saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri, Tarzən Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Elsevər Qədimov – tel.: 050-855-53-55, e-poçt: [email protected]) qəbul ediləcək.
Qeyd edək ki, müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.
İddiaçıların təklifləri komissiya tərəfindən Bakı-Gəncə, Bakı-Lənkəran və Bakı-Tərtər istiqamətlərində 3 Lot üzrə martın 4-də;
Bakı-Ağdaş, Bakı-Cəlilabad, Bakı-Oğuz, Bakı-Masallı, Bakı-Beyləqan və Bakı-İmişli istiqamətlərində 7 Lot üzrə martın 11-də;
Bakı-Ağcabədi, Bakı-Qəbələ, Gəncə-Astara, Gəncə-Zaqatala, Sumqayıt-Mingəçevir, Sumqayıt-Quba və Sumqayıt-Kürdəmir istiqamətlərində 7 Lot üzrə martın 14-də;
Sumqayıt-Qazax, Astara-Mingəçevir, Mingəçevir-Ağcabədi, Şəki-Mingəçevir, Bərdə-Şəki, Sumqayıt-Xankəndi-Laçın və Ağcabədi-Xankəndi-Laçın istiqamətlərində 7 Lot üzrə martın 18-də;
Bakı-Cəbrayıl, Bakı-Zəngilan (Ağalı kəndi), Bakı-Qubadlı, Horadiz-Laçın, Xudat-Quba, Nabran-Qusar və Naftalan-Suqovuşan istiqamətlərində 7 Lot üzrə martın 28-də baxılacaq.
Qeyd: Sumqayıt-Xankəndi-Laçın və Ağcabədi-Xankəndi-Laçın müntəzəm şəhərlərarası marşrut xətlərinin tam fəaliyyəti Şuşa şəhərindən Laçın rayonuna qədər olan yol infrastrukturunun vəziyyəti və hava şəraiti nəzərə alınmaqla tənzimlənəcək.
Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan əldə edə bilərsiniz.
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti












