Bu kamikadze sürücünü birlikdə tapaq - Yoxsa bizi öldürəcək - VİDEO

Dünən Bakıda "VAZ 2107" markalı avtomobilin kobud şəkildə qayda pozmasını əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb. Lakin sürücünün kimliyi, bu olayın nə baxt və hansı yolda baş verdiyi məlum deyil. Görünən odur ki, üzərində taksi işarəsi olan ağ rəngli “07” magistral yolda əks istiqamətdə hərəkət edir. Sürücünün bu ağlasığmaz hərəkətini digər bir avtomobildən çəkmək mümkün olub.
Xatırladaq ki, buna oxşar hadisə bir neçə gün öncə də baş vermişdi. “ZİL” markalı yükmaşını əks yolda hərəkət edərək kobud qayda pozuntusuna yol vermişdi. Hadisədən dərhal sonra həmin sürücü polis əməkdaşları tərəfindən saxlanılmış və haqqında intizam tədbiri görülmüşdü. Lakin sərxoş sürücü əməlinı haqq qazandıraraq “yaxşı eləmişəm” demişdi. Məhkəmənin qərarı ilə Elçin Babayev 14 gün inzibati qaydada həbs olunub.
Ümid edək ki, “07”nin sürücüsü də insanların həyatına təhlükə yaradan hərəkətlərinə görə cəzalandırılacaq. Lakin onun haqqında heç nə məlum deyil. Avtosfer.az saytı olaraq oxuculardan xahiş edirik ki, bu sürücü barədə və ya hadisənin hansı tarixdə baş verməsi haqqında məlumat varsa 055 335 15 59- nömrəsinə zəng və ya SMS vasitəsilə bildirsinlər. Eyni zamanda, Watsapp-dan da yazmaq olar. Belələrini ictimai qınağa cəlb etmək hər birimizin borcudur. Belə sürücü bir gün bizlərdən birinin qarşısına çıxacaq, ağır qəzaya səbəb olacaq, ya o öləcək, ya da bizlərdən biri. Odur ki, bu sürücünün tapılıb cəzalandarılmasında hər birimiz maraqlı olmalıyıq.
Elməddin
Qonşu ölkədə təkər idxalı ilə bağlı yeni mərhələ başladı – RƏSMİ
Zəhranın öldüyü qəzada adı hallanan sürücünü hansı CƏZA gözləyir?
Bakıda torpaqların bahalaşması mənzil qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
Su mənbələrindən istifadəyə görə ödənişlər ölkəyə necə təsir edəcək? - AÇIQLAMA
Anbarda gizlədilən 4 milyon manatlıq avtomobil hissələri ələ keçirildi – FOTO
Belə müdaxilələr binanın görünüşünə zərər verir - Memardan XƏBƏRDARLIQ - FOTO
Nabran yolu nə vaxt açılacaq? - FOTO
Rusiya hökuməti aşağı keyfiyyətli yanacaq istehsalına icazə verdi – BİZƏ TƏSİRİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Sumqayıtda prospekti təmir məqsədilə qazıb aylardır asfaltlamırlar – ŞİKAYƏT - VİDEO
Coratdakı çimərlik çəpərlənir; yenə restoran tikiləcək? – İDDİDA - VİDEO










