Bu küçə təmir edilərək istifadəyə verilib – FOTO+VİDEO

Bakı şəhərinin Nərimanov rayonunda İsmayıl Hidayətzadə küçəsi tam olaraq təmir olunub. “Azəravtoyol” ASC-dən Avtosfer.az-a verilən məlumata görə, İ.Hidayətzadə küçəsinin uzunluğu 575 metr, eni isə ortalama 9,5 metr təşkil edir. Təmir işləri çərçivəsində zəruri olan yerlərdə səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün nəzərdə tutulan yağış-kanalizasiya sistemi bərpa olunub, yeni yağış barmaqlıqları qoyulub. Təmir işləri zamanı yolun köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək ərazidən daşınıb, yolun hərəkət hissəsi asfaltlanmaq üçün hazır vəziyyətə gətirilib. Daha sonra küçənin 7 min kv. metrdən çox sahəsinə ikiqat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparııb. Bundan başqa, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq 21 ədəd baxış qapaqları da yenilənib. Aparılan işlər çərçivəsində mövcud piyada səkiləri bərpa olunaraq, asfaltlanıb. Piyada səkilərinin kənarlarına 670 poqon metr yeni səki daşları düzülüb. Təmir işləri bitdikdən sonra küçədə zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, yolcizgi, yolgöstərici xətlər çəkilməklə avtonəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub və küçə yeni görkəmdə vətəndaşların istifadəsinə verilib.
Kənan
Bakıda maşın sürmək lüksə çevriləcək? – “Tıxac vergisi” ilə bağlı AÇIQLAMA
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT

















