Bu küçə təmir olunub – FOTO+VİDEO

Bakıda Binəqədi rayonu İbrahimpaşa Dadaşov küçəsi təmir olunaraq istifadəyə verilib. "Azəravtoyol" ASC-dən Avtosfer.az-a verilən məlumata görə, təmir olunan küçənin uzunluğu 1 km, eni isə 10 metr təşkil edir. Təmir işləri çərçivəsində yolun köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb. Bunun əvəzinə küçəyə ikiqat olmaqla yeni asfalt-beton örtüyü döşənib. Ümumilikdə, 10 min kv. metrdən çox sahənin asfaltlanması, bundan başqa, səkilərin kənarlarına isə 1 500 poqon metr yeni səki daşının düzülməsi işləri aparılıb. Təmir işləri zamanı səth sularının kənarlaşdırılması üçün nəzərdə tutulan yağış-kanalizasiya sistemi işlək vəziyyətə gətirilib, yeni yağış barmaqlıqları qoyulub, yeraltı kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları yenilənib. Bundan başqa, zəruri olan yerlərə yol nişanları quraşdırılıb, üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılıb.
Emin
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY













