Bu küçə təmirə bağlandı - FOTO

Xətai rayonunda İlqar Zülfüqarov küçəsi təmirə bağlanıb. Avtosfer.az xəbər verir ki, bu barədə “Azəravtoyol” ASC-dən verilən məlumata görə, küçənin uzunluğu 1 km, eni isə 7 metrdir. Təmir-tikinti işləri çərçivəsində küçə boyu köhnə səki daşlarının sökülməsi işləri aparılır. Daha sonra köhnə asflat-beton örtüyü qaşınaraq ərazidən daşınacaq. Bunun əvəzinə isə 2 qat olmaqla təqribən 7 min m2 sahəyə yeni asfalt-beton örtüyü döşənəcək.
Təmir-tikinti işləri çərçivəsində kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları yenilənəcək. Bundan başqa mövcud piyada səkiləri də bərpa olunaraq, asfaltlanacaq. Təmir işləri çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, yol cizgi xətlərinin və yol göstərici xətlərinin çəkilişi işləri aparılacaq.
İşlər “Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında tərtib olunmuş qrafikə uyğun aparılır və yaxın müddət ərzində yekunlaşdırılması nəzərdə tutulub. Təmir işləri gedən müddət ərzində küçə boyu avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik hissə-hissə məhdudlaşdırılacaq.
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO
Təmirə bağlanan yollarla əlaqədar məlumatlar sürücülərə necə ötürülməlidir? - DEPUTAT
Metroda xətlərin ayrılması tələbələrin kirayə xərclərinə təsir edəcəkmi?
Sərnişin sıxlığı ilə əlaqədar dərslər distant təşkil oluna bilər? - Ekspertdən AÇIQLAMA
Metrodakı təmir işlər taksi qiymətlərinə təsir edəcək? - AÇIQLAMA










