Bu küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılır– FOTO+VİDEO

Bakı şəhərinin Nərimanov rayonu Nəcəf Nərimanov küçəsində təmir işlərinə başlanılıb. Təmir işləri ilə əlaqədar küçədə avtonəqliyyat vasitələrinin hərəkətinə hissə-hissə və qismən məhdudiyyət tətbiq olunur. Bu barədə "Azəravtoyol" ASC-dən Avtosfer.az-a verilən məlumata görə, N.Nərimanov küçəsinin uzunluğu 630 metr, eni isə 10 metrdir. Təmir işləri çərçivəsində zəruri olan yerlərdə səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün yeni yağış-kanalizasiya qurulur. Bundan başqa, aidiyyəti qurum tərəfindən su xətlərinin yenilənməsi işləri də həyata keçirilir. Təmir işləri zamanı yolun köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək ərazidən daşınıb, yolun hərəkət hissəsi asfaltlanmaq üçün hazır vəziyyətə gətirilir. Daha sonra küçənin 6 min kv. metrdən çox sahəsinə ikiqat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılacaq. Bundan başqa, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları da yenilənəcək.
Bu işlər çərçivəsində mövcud piyada səkiləri bərpa olunub və yeniləri tikilərək asfaltlanıb. Piyada səkilərinin kənarlarına 1 200 poqon metr yeni səki daşları düzülüb.
Təmir işləri bitdikdən sonra küçədə zəruri olan yerlərdə yol nişanları quraşdırılmaqla, yolcizgi, yolgöstərici xətlər çəkilməklə avtonəqliyyat vasitələrinin normal hərəkəti təmin olunacaq və küçə yeni görkəmdə vətəndaşların istifadəsinə veriləcək.
Emin
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
















