Bu küçədə sürücülər səkini zəbt edib məktəblilərin yolunu kəsirlər - VİDEO

Paytaxtın Binəqədi rayonu M.Məmmədxan küçəsində qayda pozan sürücülər vətəndaşların narazılığına səbəb olub.
Xoşagəlməz mənzərəylə bağlı izləyicilərdən biri Avtosfer.az-a foto və videomaterial göndərib. Onun sözlərinə görə, sözügedən küçədə demək olar ki, hər gün piyada səkisi müxtəlif avtomobillər tərəfindən zəbt olunur. Görüntüdən də aydın olduğu kimi, 90-ZC-702 dövlət nömrə nişanlı “Volkswagen” markalı və 99-PH-034 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobillərin sürücüləri dayanma-durma qaydalarını pozublar. Nəticədə piyadalar, xüsusilə ərazidəki 30 nömrəli tam orta məktəbin şagirdləri səkidən istifadə edə bilmədikləri üçün maşın yoluyla hərəkət edirlər.
Xatırladaq ki, sürücülərin törətdiyi bu xəta İnzibati Xətalar Məcəlləsinin 346.9-ci maddəsinə əsasən, 2 bal və 60 manat məbləğində cəriməylə nəticələnir.
Nərmin
Yağıntılar intensivləşəcək, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Qarşıdakı 6 günün havası ilə bağlı XƏBƏRDARLIQ
Bakıda 42 ünvanda hərəkət qismən məhdudlaşdırılacaq - SİYAHI
Muğanlı-İsmayıllı yolunda mühafizə zolağında sürüşmə olub - AAYDA - VİDEO
21 Mart - Beynəlxalq Novruz Günüdür
Elektrikmobillərini binalarda şarj edənlərə XƏBƏRDARLIQ
Prezident Novruz bayramı münasibətilə paylaşım etdi - FOTO
Dizellə bağlı rəsmi məlumat
Azərbaycana yaz fəsli daxil olub
İnsanların sıx toplaşdığı ərazilərdə nəzarət daha da artırılıb - DİN - FOTO - VİDEO
Bakıda piyadalar üçün çıxılmaz vəziyyət: Zolaq yarıda kəsilir - VİDEO










