Bu küçədə tıxacdan qaçan sürücülər hər axşam yolu iflic edirlər - VİDEO

Paytaxtın Ağadadaş Qurbanov küçəsində, (Bakıxanov küçəsi istiqamətində) hərəkət zamanı günün axşam saatlarında xoşagəlməz mənzərə yaşanır.
Bununla bağlı izləyicilərdən biri Avtosfer.az-ın “İnstagram” ünvanına videomaterial göndərərək ətraflı şəkildə məlumat verib.
Onun sözlərinə görə, sözügedən ərazidə hərəkətdə olan bəzi sürücülər tıxacda gözləməmək üçün birtərəfli yolda əks istiqamətə çıxırlar və süni şəkildə iki zolaqlı yol yaradırlar. Bir müddət sonra qarşı tərəfdən nəqliyyat vasitələrinin yaxınlaşdığını görəndə isə həmin sürücülər əsas hərəkət zolağına manevr edərək sıxlığı daha da artırırlar və digər sürücülərdən yol tələb edirlər.
Nəticədə yolun hərəkət qabiliyyəti azalır, tıxac daha da uzanır və sürücülər üçün ciddi çətinliklər yaranır. Şikayətçi bu halın demək olar ki, hər gün təkrarlandığını əlavə edib.
Nərmin
Ali təhsilli şəxslər üçün əsgərlik qaydaları dəyişdi - AÇIQLAMA
"Baku electronics"in postu saxta çıxdı - Linkə girənlərin məlumatları ələ keçirilir - FOTO
Moped və motosikletlərlə bağlı yeni qaydalar qəbul edildi - Nələr dəyişəcək? - SORĞU - VİDEO
Sarayda yolu yox, göyü işıqlandıran dirəklər sürücüləri qaranlıqda qoyur - VİDEO
Taksi sürücüsü sertifikatını satanlar var? - AYNA xəbərdarlıq etdi
İran masada razılığa gəlməsə, İsrail təzyiq aləti kimi istifadə ediləcək – SİYASİ ŞƏRHÇİ
Piyada zolağı var, amma keçməyə yer yoxdur - Bakıda maraqlı mənzərə - VİDEO
Rusiyada benzin kəskin bahalaşdı
Masazırda 2 km-lik yolun əsaslı təmiri yekunlaşıb - FOTO - VİDEO
Vahidə Rzayeva bu vəzifəyə təyin olundu
Şirkətlər sürücülük vəsiqəsi olmayanlara maşın kirayə verir – DYP izə düşdü - FOTO










