Bu küçədə yol illərdir acınacaqlı vəziyyətdədir - Sakinlərin şikayətinə BAXILMIR - AÇIQLAMA - VİDEO

Gəncənin keçmiş Muxtar Hacıyev adlanan, hazırda Aidə İmamquliyeva küçəsində yol problemi illərdir davam edir.
Avtosfer.az-ın məlumatına görə, sakinlərdən biri bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Belə ki, sözügedən küçədə yolun asfalt örtüyü tamamilə sıradan çıxıb. Xüsusilə əlverişsiz hava şəraitində yağış, qar suları yolda yaranmış dərin çuxurlara dolur. Nəticədə piyadalarla yanaşı, sürücülər də ərazidən keçməkdə çətinlik çəkirlər. Uşaqlar yağışlı havada məktəbə ayaqqabıları və paltarları palçığa batmış şəkildə çatırlar. Sakinin sözlərinə əsasən, küçə o qədər keçilməz vəziyyətdədir ki, artıq taksi sürücüləri və təcili tibbi yardım briqadası çağırış ünvanına gəlməkdən imtina edir.
Digər tərəfdən su və kanalizasiya sistemlərinin çəkildiyi ərazidə qazıntı işləri aparılıb, lakin sonradan təmir-bərpa işləri görülməyib. Yola axan çirkab sular da çökəkliklərə dolaraq hərəkəti məhdudlaşdırır.
Sakin, acınacaqlı vəziyyətlə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etdiklərini, lakin şikayətlərinə cavab verilmədiyini qeyd edib.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirilib ki, qeyd olunan ünvanda su və kanalizasiya xətləri işlək vəziyyətdədir: "Müvafiq sukanal idarəsinin qəza briqadası əraziyə baxış keçirib və şəbəkələrdə heç bir axıntının olmadığı müəyyənləşdirilib. Suyun yola toplanması isə yol kənarındakı arxadakı suyun miqdarının artdığı vaxtlarda müşahidə olunur. Həmin arx isə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin fəaliyyət sferasına aid deyil. Həmçinin qeyd olunan küçədə su və kanalizasiya ilə bağlı heç bir qazıntı işləri görülməyib".
Nərmin
Ramazan ayının iyirmi beşinci gününün duası - İmsak və iftar vaxtı
Prezident TƏSDİQLƏDİ: Aprelin 1-dən qüvvəyə minəcək
Benzinin qalxması elektromobillərə marağı artır – ABŞ-də
Bu gecə Yer kürəsi vurulacaq - XƏBƏRDARLIQ
Qazla işləyən avtobus sürücülərinə pulsuz yemək verilir? – RƏSMİ AÇIQLAMA
Piyadalar keçidlərdən niyə istifadə etmirlər? - Aeroport yolunda "ölüm yarışı" - VİDEO
Bir piyadaya görə 60 nəfər dayanır - Ekspert
Ramazan ayının iyirmi dördüncü gününün duası - İmsak və iftar vaxtı
"Maşın oğurluqdur" deyib əlindən aldı, sonra yenidən özünə satdı - Bakıda qəribə dələduzluq - VİDEO
Alman avtomobil nəhəngi müdafiə sənayesi üzrə də fəaliyyət göstərəcək - RƏSMİ
Uşağı döyən valideyn 200 manat cərimələnəcək, bəs sonra? - EKSPERT RƏYİ










