Bu küçələrdə sıxlıq yaranıb – Bakıda

Bakının mərkəzi küçələrində nəqliyyatın sıxlığı və tıxaclar var. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Avtosfer.az-a verilən məlumata görə, iyunun 14-də səhər saatların etibarən paytaxtın Babək, Ziya Bünyadov, Azadlıq prospektlərində, eləcə də Rəşid Behbudov, Şah İsmayıl Xətai, Akademik Həsən Əliyev, Əbdüləzəl Dəmirçizadə, Üzeyir Hacıbəyov, Yusif Səfərov küçələrində, həmçinin bir sıra digər yollarda nəqliyyatın sıxlığı müşahidə olunur.
Nəqliyyat vasitələrinin sürücülərinə alternativ yollara üstünlük vermələri tövsiyə olunur.
Qeyd edək ki, Bakıda ilk dəfə təşkil olunan "Formula-1" üzrə Avropa Qran-prisi yarışının yüksək təhlükəsizlik şəraitində keçirilməsi məqsədi ilə paytaxtın mərkəzi küçə və prospektlərində ötən gecə saat 00:00-dan etibarən avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyulmaqla, istiqamət dəyişdirilib. Paytaxt yollarında nəqliyyatın nisbı sıxlığının artması da məhz bununla izah olunur.
Emin
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












