Bu küçələrdə sürücülər məcbur olub qayda pozur: 100 manatdan 40 manat yaxşıdır? - VİDEO

Bakının bir sıra küçələrində xətlənmə işləri yenilənib, yaxud dəyişdirilib. Onlardan biri də avtobus zolaqlarında düz xətlənmənin sona qədər çəkilməsidir. Belə ki, dəyişən nişanlanma xətti sürücülərin ikinci zolaqdan sağa dönməsini əngəlləyir.
Mövcud problemlə bağlı qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov sosial şəbəkə hesabında paylaşım edib. O bildirib ki, əvvəllər avtobus zolağının sonunda, yolayrıcına yaxın məsafədə qırıq-qırıq xətlər çəkilmişdi və sürücülər rahatlıqla sağa dönə bilirdi. Lakin indi yolayrıcından sağa dönən sürücüləri cərimə gözləyir: “Fotoşəkildən göründüyü kimi, ikinci zolaqda çəkilmiş ox işarəsi sürücülərin yalnız düzünə hərəkət etməli olduqlarını göstərir. Yəni, sürücü yolayrıcına çatan zaman sağa dönmək istəsə, bu mümkün olmayacaq. Əks halda o, yolayrıcını keçmə qaydasını pozduğu üçün 40 manat cərimə ödəmək məcburiyyətindədir. Məhz bu səbəbdən müvafiq qurumlar xətlənmə işini tezliklə düzəltməlidirlər. Sürücülər ikinci zolaqdan döndükləri üçün həmin zolaqda düzünə oxla yanaşı, düzünə və sağa icazə verən ox olmalıdır. Bu, olduqca vacib məsələdir və sürücülərin qayda pozmamalarına xidmət edəcək”.
Nərmin
Nil Monze bıçaqlandı - FOTOLAR
Ramazan ayının doqquzuncu gününün duası - İmsak və iftar vaxtı
Bu, onların tabutuna vurulmuş son mismar idi - İlham Əliyev - VİDEO
Ermənistan hökuməti seçkilərə görə Avropa İttifaqına müraciət edib - POLİTOLOQ
Süni intellekt də Bakı tıxacı ilə bacara bilmir — "Möcüzə mümkün deyil"
Hər kəs Bakıda çəkilən bu görüntülərdən danışır: 5000 manat cəriməsi var — VİDEO
Əhmədlidə təmir edilən yol yenidən yararsız vəziyyətə düşüb - VİDEO
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Prezident İlham Əliyev
Qəza törədən Nuray Muxtarovadan sərt SÖZLƏR - FOTO
Radarlar ödənişli yollarda sürücülərə necə təsir edəcək?
Dövlət və hökumət rəsmiləri Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edirlər - YENİLƏNİB











