Banner

Bu küçənin sakinləri narazılıq edir - VİDEO

Gündəm 25 İyun 2020 14:10 Oxunub 996
Bu küçənin sakinləri narazılıq edir - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Kürdəmir şəhərinin mərkəzi küçələrindən biri olan Məhəmməd Hadi küçəsinin yolu illərdir ki, bərbad vəziyyətdədir. Qış və payız aylarında palçıq və qurunt suları yolu keçilməz hala salır. Yay və yaz aylarında kanalizasiyanın çirkab sularının yaratdığı antisanitariya vəziyyəti isə sakinlərin sağlamlığı üçün təhlükə mənbəyinə çevrilir.

Sözügedən ərazidə çəkiliş aparan zaman məlum olub ki, Məhəmməd Hadi küçəsi şəhərin mərkəzində yerləşməsinə baxmayaraq yola heç vaxt asfalt örtüyü döşənməyib.

Kürdəmir Rayon İcra Hakimiyyətindən bildirilib ki, Məhəmməd Hadi küçəsinin bitişik olan bütün küçələrdə yollara asfalt döşənib və növbəti mərhələdə bu küçənin yolları asfaltaşdırılacaq. (“Report”)

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh