Bu marşrut qanunsuz fəaliyyət göstərir – Xəbərdarlıq edildi - FOTO

Novxanı qəsəbəsi-Zabrat dairəsi istiqamətində müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcılardan, eləcə də sərnişinlərdən qanunsuz sərnişindaşıma ilə bağlı daxil olan şikayətlər var. Avtosfer.az-ın apardığı araşdırma zamanı məlum oldu ki, Eldar Aslanov adlı şəxs dövlət qeydiyyat nömrə nişanı 99 LA 878 olan “İveco Otoyol” markalı avtobusla Novxanı qəsəbəsi-Zabrat dairəsi istiqamətində qeyri-qanuni sərnişindaşıma faəliyyəti göstərir. Eldar Aslanovun idarə etdiyi avtobus Süleymanov Fərhad Seyfəl oğlunun istismarında olan 537 nömrəli marşrut xəttinə aid nəqliyyat vasitəsidir. Qeyd edilən marşrut xətti üzrə nəqliyyat vasitələri “8 saylı Sumqayıt Regional Nəqliyat” MMC tərəfindən verilən fərqlənmə nişanı əsasında fəaliyyət göstərir ki, bu da yalnız Sumqayıt şəhərinin inzibati ərazisində sərnişindaşıma fəaliyyəti ilə məşğul olmağa hüquq verir. Bu səbəbdən də həmin nəqliyyat vasitələrinin Bakı şəhərinin inzibati ərazisində müntəzəm sərnişindaşıma xidməti göstərməsi qeyri-qanunidir. Bu isə qeyd edilən istiqamətdə sərnişindaşıma fəaliyyəti ilə məşğul olan 173 və 185 nömrəli marşrut xəttinin hazırki istismarçılarının haqlı narazılığına səbəb olub.
Müəyyən edilən qeyri-qanuni halın aradan qaldırılması ilə bağlı Bakı Nəqliyyat Agentliyi tərəfindən 537 nömrəli marşrut xəttinin daşıyıcısına, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin “8 saylı Sumqayıt Regional Nəqliyat” MMC-ə xəbərdarlıq edilib. Buna baxmayaraq 537 nömrəli marşrut xətti üzrə avtobuslar paytaxtın inzibati ərazisində hələ də qanunsuz fəaliyyətini davam etdirir.
Qeyd edilən marşrut xəttiniin qanunsuz fəaliyyətinin qarşısını alınması üçün Bakı Nəqliyyat Agentliyi məsələ ilə bağlı müvafiq dövlət qurumlarına müraciət edib. Məlumat üçün bildirək ki, paytaxtın inzibati ərazisində marşrut xətlərinin müəyyən olunması və onlara fərqlənmə nişanlarının verilməsi prosesini Bakı Nəqliyat Agentliyi həyata keçirir.
Emin
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI















