Bu məhsullar kəskin bahalaşacaq – YENİ RÜSUMLAR

Nazirlər Kabineti “Azərbaycanın xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib. Qərar ölkənin xarici ticarət siyasətinin tənzimlənməsi, yerli istehsalın müdafiəsi, idxal-ixrac əməliyyatlarında şəffaflıq və sabitliyi təmin etmək məqsədi daşıyır. Dəyişikliklər əsasən beynəlxalq mal nomenklaturasının bəzi alt yarımmövqelərinə (xüsusilə ayaqqabı, qoruyucu burunaltılı ayaqqabı, şüşə və polad məhsulları) aid tarif dərəcələrinin yenilənməsi ilə bağlıdır.
Hansı məhsullar bahalaşacaq?
Avtosfer.az-ın məlumata görə, mövzu ilə bağlı "Bizim.Media"ya açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, bu qərar idxal olunan məhsulların qiymətinə təsir göstərə və bəzi hallarda onların bahalaşmasına səbəb ola bilər:
“Dollarla sabitləşdirilmiş rüsum, valyuta kursundan asılı olmayaraq ayaqqabının qiymətini artıra bilər, xüsusən ucuz ayaqqabılarda. Əgər 15% rüsum cüzi qiymətli ayaqqablarda daha az yük gətirirdisə, sabit 9 dollar bir cüt üçün daha yüksək qiymət artımına səbəb ola bilər. Şüşənin idxal qiyməti ton başına sabit rüsumla artırılır. Əgər ton qiyməti rüsumdan aşağıdırsa, bu əlavə xərci idxalçı məhsul qiymətinə əlavə edəcək və daxili bazarda qiymətlərin yüksəlməsinə gətirib çıxara bilər. Yeni qayda armaturun qiymətinə də təsir edəcək. Belə ki, ucuz idxal edilən armaturların qiyməti artacaq. Nəticədə, tikinti materiallarının daxili bazar qiymətləri yüksələcək. Bir sözlə sabit rüsumlar və minimum tariflər idxal məhsullarının qiymətini qısamüddətli perspektivdə artıraraq, daxili bazarda bahalaşmaya səbəb ola bilər. Bahalaşma effekti məhsulun əvvəlki idxal qiymətindən və valyuta kursundan asılı olaraq fərqli olacaq”.
Bakıda bəzi yolların layihəsi səhvdir, yoxsa daha dəqiq hərəkət təşkili? - FOTO
Orxan Lökbatanlının ölüm xəbəri ilə bağlı AÇIQLAMA - FOTO
Ramazan ayının ilk gününün duası - İmsak və iftar vaxtı
"Qarabağ" "Nyukasl"a böyük hesabla uduzdu
Bu proses taksi xidmətində ciddi problem yaradır - HƏLL YOLU AÇIQLANDI
Temperatur 4-6 dərəcə enəcək, bəzi yerlərdə qar yağacaq - XƏBƏRDARLIQ
Sovet maşınları ilə bağlı qərar ... - İstifadəsi qadağan ediləcək?
Bakıxanovda “qiyamət çuxurları”: Yol sürücülərə maddi ziyan vurur - VİDEO
Dövlət Agentliyində yoxlama başladı: Anar Nəcəflidən AÇIQLAMA
İslam Səfərli küçəsində obyekt sahibi qanunu pozur; qurumlardan reaksiya yoxdur - FOTOSESSİYA
ABŞ-İran məsələsində Azərbaycan və Türkiyə balanslaşdırıcı rol oynaya bilər?- EKSPERT











