Bu məhsulların ölkəyə gətirilməsi cinayət məsuliyyəti yaradır – DGK-dan XƏBƏRDARLIQ

"Ötən il ərzində poçt daşımaları vasitəsilə tərkibində dövriyyəsi məhdudlaşdırılmış və ya qadağan edilmiş maddələr olan məhsulların ölkəyə gətirilməsi hallarında ciddi artım müşahidə olunub".
Avtosfer.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsi bəyan edib.
Bildirilib ki, xüsusilə internet üzərindən sifariş edilən arıqlama çayları və kofeləri, müxtəlif dərman preparatları, eləcə də qida əlavələri bu baxımdan riskli məhsullar sırasında üstünlük təşkil edir:
"2023-cü ildə 13 fakt, 2024-cü ildə 9 fakt, 2025-ci ildə isə 99 fakt üzrə bu məhsulların tərkibində dövriyyəsi məhdudlaşdırılmış sibutramin, preqabalin, qabapentin və digər güclü təsir edən maddələrin olması müəyyən edilib.
Vətəndaşlar bu məhsulların tərkibi barədə məlumatlı olmadan müxtəlif onlayn platformalar vasitəsilə onları əldə edib ölkəyə gətirir. "Şəxsi istifadə" adı altında bəyan olunan bu məhsullar çox vaxt kommersiya məqsədilə digər istehlakçılara satılır. Onların həkim təyinatı olmadan əldə edilməsi və istifadəsi istehlakçıların sağlamlığı üçün təhlükə yaradır.
Dövlət Gömrük Komitəsi vətəndaşların diqqətinə çatdırır ki, naməlum mənbələrdən, xüsusilə sosial şəbəkələr və xarici internet platformaları vasitəsilə təqdim olunan "arıqladıcı", "enerji artırıcı", "müalicəvi" adı altında satılan məhsulların qanunvericiliyin tələblərinə riayət olunmadan sifarişi, əldə edilməsi və ya düzgün bəyan edilmədən ölkəyə gətirilməsi cinayət məsuliyyəti də yaradır".
Avtomobillə işə gedənlərə PİS XƏBƏR!
Hindistanlı nazirə görə Özbəkistanın XİN başçısı da Bakıya gəldi - POLİTOLOQ
Süni intellektin biznesə zərəri xeyrindən çoxmuş
Deputatın oğlunun da həbs edildiyi qanlı cinayətdə öldürülən Ceyhunun FOTOLARI - VİDEO
Azərbaycanda bu şəxslərə benzin və dizel pulsuzdur
Xətaidə cinayətkar qrupun 11 üzvü HƏBS EDİLDİ - VİDEO
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ!
Ceyhunu öldürən şəxslər məhkəməyə BELƏ GƏTİRİLDİ - VİDEO
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb - FOTO
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO












