Bu məktəbin yanında hərəkət birtəfərli olmalıdır - Yeni parklanma zonası və rahat hərəkət - TƏKLİF - VİDEO

Paytaxtda elə ərazilər var ki, artıq uzun illərdir orada yaranan vəziyyət sakinlərin və sürücülərin narazılığını günü-gündən artırır. Xüsusən, valideynlərin övladlarını avtomobillə məktəbə gətirmələri belə ərazilərdə xaosa səbəb olur.
Avtosfer.az xəbər verir ki, Bakının Səbail rayonunda da vəziyyət eynidir. Belə ki, şəhərin Parlament prospektindən 20 nömrəli məktəbin arxa girişinə doğru uzanan yolda hər gün yaranan bu hal artıq ərazidə uzunmüddətli sıxlığa gətirib çıxarır.
Mövzu ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı Avtosfer.az-a açıqlamasında deyib ki, daha əvvəl Parlament prospektindəki iaşə müəssisələri ərazidəki vəziyyətdən şikayət edirdi:

“20 nömrəli məktəblə üzbəüz obyektlərin sahibləri şikayət edirdi ki, velosiped zolağının çəkilməsi onların işinə mənfi təsir edir. Parklanma üçün şərait olmadığına görə müştərilər obyektə gəlmir, çətinlik yaranır. İndi baxıb görürük ki, məktəblər Fəxri xiyaban arasındakı yolda dözülməz vəziyyət yaranır. Ona görə də biz bu ərazidə dayanma-durma qaydalarını pozanların çoxluğunu nəzərə alaraq təklif edirik ki, orada hərəkət birtərəfli təşkil edilsin. Belə olsa, orada hətta ikitərəfli parklanma yeri də yaradıla bilər. Nəticədə məktəbə uşaq gətirən valideynlər üçün də vəziyyət dəyişəcək, üzbəüzdəki obyektlər üçün də parklanma üçün normal şərait yaranacaq. Müştərilər həmin hissədə maşın saxlayıb yolu rahat şəkildə keçə biləcəklər. Belə olan halda orada bugünkü xaotik vəziyyət aradan qalxa bilər”.
20 nömrəli məktəbin önündə yaranan vəziyyətlə bağlı Elməddin Muradlının həmin təklifini və ərazidən görüntüləri sizə təqdim edirik:
Səfər
Paytaxtın bu kəsişməsində tıxaca qarşı YENİLİK - VİDEO
Bakının 18 küçəsində sıxlıq var - SİYAHI
Azərbaycanda avtomobil yanacağı ilə bağlı MÜHÜM XƏBƏR
Dolunun maşına vurduğu zərəri sığorta qarşılayır? — AÇIQLAMA
Biləcəridə yol örtüyü çöküb: Dərin çuxurlar sürücüləri riskə atır - VİDEO
Hörmüz boğazına alternativ dəhlizlər təşkil olunmasa... – ELXAN ŞAHİNOĞLU
Bu yolda sürət həddi endirildi
Magistral yollarda müşahidə ediləcək vəziyyət AÇIQLANIB
Bakı və Abşeron yarmadasında buz yağır - VİDEO
Paytaxtın 15 küçəsində sıxlıq var - SİYAHI
Taksilərin icbari sığortası niyə 50 faiz bahalaşdı? - AÇIQLAMA








