Reklam

Bu nəqliyyat vasitələri avtobus zolağına çıxdıqda niyə CƏRİMƏLƏNİRLƏR?

Gündəm 10 Oktyabr 2024 23:06 Oxunub 3566
Bu nəqliyyat vasitələri avtobus zolağına çıxdıqda niyə CƏRİMƏLƏNİRLƏR?
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Aylıq 150 manat verib nəqliyyat vasitəsi üçün fərqlənmə nişanı alınır, amma avtobus yoluna çıxmasına icazə verilmir. Bununla bağlı "Ford" və "Sprinter" kimi nəqliyyat vasitələrinin sürücüləri narazılıq ediblər. Onların sözlərinə görə, sərnişin sayı 8+1 olduqda həmin nəqliyyat vasitəsi avtobus sayılır. "Ford" 15 nəfərlikdir, "Sprinterlər" isə 18-21 nəfərlikdir, yəni avtobus hesab edilir. Sürüclər bildirirlər ki, mart ayından sonra müşahidə kameraları bu nəqliyyat vasitələrini çəkir və cərimə yazılır. Bu ilin martına qədər isə belə hal qeydə alınmırdı.

Avtosfer.az-ın məlumatına görə, mövzu ilə əlaqədar nəqliyyat eksperti Eldəniz Cəfərov Redaktor.az-a açıqlamasında bildirdi ki, avtobus zolaqları ictimai nəqliyyatın avtobus seqmenti üçün nəzərdə tutulmuş zolaqlardır:

"Rəsmi qeydiyyatdan keçən nəqliyyat vasitəsinə avtobus zolağına daxil olanda gələn cərimə Dövlət Yol Polisi tərəfindən həyata keçirilir. Əslində, Dövlət Yol Polisi cərimə etməzdən öncə həmin nəqliyyat vasitəsini nömrəsi ilə bilməlidir ki, bu müntəzəm sərnişindaşıma sahəsində çalışır, yoxsa yox. Əgər müntəzəm sərnişindaşımada fəaliyyət göstərirsə və həqiqətən, icazəsi varsa, onda həmin sürücü bununla bağlı şikayət etməlidir".

Bu nəqliyyat vasitələri avtobus zolağına çıxdıqda niyə CƏRİMƏLƏNİRLƏR?

Ekspert qeyd etdi ki, bu işi asanlaşdırma yollarından da biri də belə sərnişindaşıma ilə məşğul olanlar AYNA-dan xüsusi stiker əldə eləməlidirlər və onu həmin mikroavtobusun üzərinə yapışdırmalıdır.

Məsələ ilə bağlı AYNA-dan Redaktor.az-ın sorğusuna cavab olaraq bildirildi ki, xüsusi hərəkət zolaqlarından ümumi istifadədə olan nəqliyyat vasitələri hərəkət edə bilər:

"Ümumi istifadədə olan nəqliyyat vasitəsi sərnişin daşınması üçün nəzərdə tutulan, müəyyən edilmiş marşrut üzrə təyin edilən dayanacaqlarla hərəkət edən nəqliyyat vasitəsidir.

Qeyd edilən nəqliyyat vasitələri isə sifarişli sərnişindaşıma xidməti təqdim edirlər. Bu kateqoriyadan olan nəqliyyat vasitələri müntəzəm sərnişindaşıma fəaliyyəti göstərdiyi təqdirdə, xüsusi hərəkət zolaqları ilə hərəkət edə bilərlər".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh