Bu ölkə ilə quru sərhədlər AÇILA BİLƏR - DETALLAR

“Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova ilə Rusiya-Azərbaycan quru sərhədinin açılması məsələsi müzakirə olundu. Bu, ölkələr arasında mədəni, tarixi və iqtisadi əlaqələrin inkişafı üçün əsas amildir”.
Bunu Dağıstan Xalq Məclisinin sədri Zaur İsgəndərov “Teleqram” kanalında yazıb. O qeyd edib ki, bu barədə müzakirələr Bakıda Dağıstan Respublikası Xalq Məclisinin nümayəndə heyətinin Azərbaycan Milli Məclisinin deputatları ilə görüşü zamanı baş tutub.
Xalq Məclisinin sədri Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyevin ikitərəfli münasibətlərin inkişafına böyük diqqət yetirdiklərini vurğulayıb. “Dağıstan Rusiya Federasiyasının tərkib hissəsi kimi çoxmillətli Azərbaycan xalqı ilə dərin tarixi və mədəni ümumiliyə əsaslanan mehriban qonşuluq münasibətlərinin dəyərini tanıyır”, - İsgəndərov yazıb.
Zaur İsgəndərov iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyinə də toxunub və parlamentlər arasında əməkdaşlığın səmərəliliyinin artırılması üçün birgə işçi qrupların yaradılmasını təklif edib.
Dağıstan parlamenti sədrinin fikrincə, ölkələr arasında mədəni, tarixi və iqtisadi əlaqələrin inkişafı üçün əsas amilə çevriləcək Rusiya ilə Azərbaycan arasında quru sərhədinin açılması məsələsi mühüm müzakirə mövzusu olub. Dağıstan nümayəndə heyəti əvvəlcə qonşu ölkədə qohumları yaşayan sərhədyanı rayonların sakinləri üçün transsərhəd avtobus xidmətinin yaradılmasını təklif edib.
(Az.Politika)
Piyada təhlükəsizliyi ilə bağlı yeni standart: Nə dəyişəcək?
Xəbərdarlıq edildi: SABAH DİQQƏTLİ OLUN
Bakıda bu ərazidə işıqforlar işləmir - VİDEO
Azərbaycanda qar yağacaq, duman olacaq - PROQNOZ
Bakıda yeni metrostansiya bu əraziləri əhatə edəcək - Bəs stansiyanın adı nə olacaq? - AÇIQLAMA
Bu gün avtomobil yolları işçilərinin peşə bayramı günüdür
Yüklə dolu maşınlar Bakı Beynəlxalq Dəniz Ticarət Limanında qalıb - Sürücülərdən şikayət - VİDEO
Azərbaycanda zəlzələ olub – FOTO
Ramazan ayının dördüncü günün duası - İmsak və iftar vaxtı
Dövlət Mühafizə Xidməti öz işini icra edib: Təxribatın hüquqi təhlili - VİDEO
“İmprotex Motors”la bağlanan 2 milyonluq müqavilə iddialarına - MİLLİ MƏCLİSDƏN CAVAB










