Bu ölkədə benzinin qiyməti qalxdı

Küveyt hökuməti azalan neft gəlirləri fonunda daxili bazarda benzinin qiymətlərini qaldırıb. "Report"un "Bloomberg" agentliyinə istinadən verdiyi xəbərə görə, OPEC üzvü olan Küveytdə sentyabrın 1-dən etibarən aşağı oktanlı benzinin qiyməti 42% artırılaraq 0,3 USD/litrə, yuxarı oktanlı benzinin qiyməti isə 83% artırılaraq 0,58 USD/litrə yüksəldilir.
Hökumətdən gələn açıqlamalarda yeni qiymətlərin Körfəz Ölkələri Əməkdaşlıq Təşkilatı üzvləri olan dövlətlərin ortalama benzin qiymətlərinə uyğunlaşdırıldığı bildirilib.
Qeyd edək ki, Küveyt hökuməti qonşusu və dünyanın lider neft ixracatçısı olan Səudiyyə Ərəbistanı kimi ölkə iqtisadiyyatını neft asılılığından qurtarmaq üçün addımlar atmaq niyyətini bəyan edib. İqtisadiyyatın diversifikasiyası ilə Küveyt hökuməti qeyri-neft sektorundan əldə olunan gəlirləri məcmu gəlirlərin 15%-nə qədər artırmağı planlaşdırıb.
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI












