Bu ölkələrdən Azərbaycana birbaşa uçuşlar olacaq

Gələn ildən bəzi xarici ölkələrdən Azərbaycana birbaşa uçuşlar olacaq. Avtosfer.az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov deyib. Onun sözlərinə görə, martın 2-dən Birləşmiş Ərəb Əmirliyinin “Etihad Airways” şirkəti Əbu-Dabi - Bakı istiqamətində uçuşlar həyata keçirəcək: “Artıq bu istiqamət üzrə bilet satışına başlanılıb”.
N.Bağırov qeyd edib ki, gələn il iyun ayından İsrailin “Arkia” aviaşirkəti də Bakıya həftədə 3 dəfə olmaqla, birbaşa aviareys yerinə yetirməyi planlaşdırır. Assosiasiya sədri qeyd edib ki, hazırda Polşadan Bakıya birbaşa uçuşların həyata keçirilməsi üçün danışıqlar aparılır: “Artıq uşuçların yerinə yetirilməsi üçün razılıq əldə edilib. Uçuşların gələn il iyun ayından başlayaraq, həftədə 2 dəfə həyata keçirilməsi planlaşdırılır”.
N.Bağırov bu reyslərin Azərbaycanda turizmin inkişafına təkan verəcəyini söyləyib.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












