Bu ölkələrin MSK sədrləri Azərbaycana GƏLDİ

Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar bir sıra ölkələrin mərkəzi seçki komissiyalarının sədrləri və müşahidə missiyalarının rəhbərləri Azərbaycana gəlib.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, onlar arasında MDB-nin Baş katibi Serqey Lebedev və MDB katibliyinin rəhbəri Serqey Burutin, Monteneqro MSK-nın sədri Nikola Mugosa, İƏT Baş katibinin siyasi məsələlər üzrə köməkçisi Yousef Aldobeay və İƏT Katibliyinin seçki müşahidə bölməsinin rəhbəri Şakir Mahmud Bandar, Gürcüstan MSK-nın sədri Giorgi Kalandarişvili və bir neçə üzvü, Qazaxıstan MSK-nın sədri Nurlan Abdirov və bir neçə nümayəndəsi, Ukrayna MSK və Maldiv MSK-nın üzvləri, MDB Parlament Assambleyasının nümayəndələri yer alır.
Onların seçkilərlə əlaqədar bir sıra rəsmi şəxslərlə görüşü gözlənilir.
Qeyd edək ki, Azərbaycanda fevralın 7-nə növbədənkənar prezident seçkiləri təyin olunub. Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparacaq.
Sahibkarlar niyə sığortadan qaçır? - Külə dönən milyonlar
Dövlət parklanma yaratmağa borclu deyil - Şəhəri iflic edən nədir? - VİDEO
Azərbaycanın “Aİ-95” markalı benzini idxal və ixrac etdiyi ölkələr – SİYAHI
Paşinyan niyə "qorxunc təhlükə" xəbərdarlığı etdi: Ermənistanda "müharibə partiyası"...
Azərbaycanın bəzi çaylarında sululuq artır: Sel təhlükəsi - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
Sosial şəbəkələrdə “1200 manatlıq” tələ – XƏBƏRDARLIQ EDİLDİ
FHN əhaliyə müraciət etdi - Yanğın təhlükəsizliyinə riayət edin!
Son günlər yayılan bu görüntülər hər kəsi narahat edir – Yollarda təhlükəli trend - VİDEO
Yağıntılar intensivləşəcək, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Qarşıdakı 6 günün havası ilə bağlı XƏBƏRDARLIQ











