Bu qadağa avtomobillərin qiymətini ucuzlaşdıracaq? AÇIQLAMA - VİDEO

Sabahdan etibarən Azərbaycanda taksilər yeni qaydalarla fəaliyyət göstərməlidirlər. Belə ki, dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi minik avtomobilləri ilə sərnişin daşımalarında istifadə oluna bilməz. Avtomobil məsələləri üzrə ekspert Sərxan Qədirov deyir ki, taksi fəaliyyəti ilə bağlı qadağalar qüvvəyə minəndən sonra alıcı aktivliyi müşahidə olunacaq.
Onun sözlərinə görə, avtomobil almaq istəyən şəxslər nəqliyyat vasitələrinin daha da ucuzlaşacağını düşünürlər.
Ekspert bildirir ki, bazara satışa çıxarılacaq taksi xidməti üçün gündəlik istifadədə olan avtomobillər nisbətən ucuz qiymətə təklif oluna bilər.
Sərxan Qədirov deyir ki, qadağadan sonra taksi fəaliyyətini davam etdirmək üçün yeni avtomobil almaq istəyənlərin də sayında artım müşahidə olunacaq. Bu da qiymətlərə təsirsiz ötüşməyəcək.
Ekspert əlavə edib ki, iyulun 1-dən sonra köhnə avtomobillərin qiymətlərində kəskin uculaşma proqnozlaşdırılmır.
Daha ətraflı videomaterialda:
Paşinyan niyə "qorxunc təhlükə" xəbərdarlığı etdi: Ermənistanda "müharibə partiyası"...
Azərbaycanın bəzi çaylarında sululuq artır: Sel təhlükəsi - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
Sosial şəbəkələrdə “1200 manatlıq” tələ – XƏBƏRDARLIQ EDİLDİ
FHN əhaliyə müraciət etdi - Yanğın təhlükəsizliyinə riayət edin!
Son günlər yayılan bu görüntülər hər kəsi narahat edir – Yollarda təhlükəli trend - VİDEO
Yağıntılar intensivləşəcək, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Qarşıdakı 6 günün havası ilə bağlı XƏBƏRDARLIQ
Bakıda 42 ünvanda hərəkət qismən məhdudlaşdırılacaq - SİYAHI
Muğanlı-İsmayıllı yolunda mühafizə zolağında sürüşmə olub - AAYDA - VİDEO
21 Mart - Beynəlxalq Novruz Günüdür










