Bu qanun qüvvəyə mindi - 30 min manat cəriməsi var

Mədəni sərvətləri qəsdən korlama və ya məhv etmə səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, Cinayət Məcəlləsində bununla bağlı dəyişikliklər fevralın 1-dən qüvvəyə minib. Belə ki dövlət tərəfindən qorunan daşınar və ya daşınmaz mədəni sərvətləri qəsdən korlama, xeyli miqdarda ("xeyli miqdar" dedikdə üç min manatdan yuxarı olan məbləğ başa düşülür) ziyan vurmaqla törədildikdə cinayət nəticəsində vurulmuş ziyanın iki mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq. Dövlət tərəfindən qorunan daşınar mədəni sərvətləri qəsdən məhv etmə cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq. Dövlət tərəfindən qorunan daşınmaz mədəni sərvətləri qəsdən məhv etmə cinayət nəticəsində vurulmuş ziyanın üç mislindən beş mislinədək miqdarda cərimə və ya üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq. Yuxarıda nəzərdə tutulmuş əməllər təkrar törədildikdə, vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə, milli, irqi və ya dini düşmənçilik, dini fanatizm zəminində törədildikdə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
"Dövlət tərəfindən qorunan mədəni sərvətlər" dedikdə "Mədəniyyət haqqında" Qanuna uyğun olaraq mədəni sərvətlərin mühafizə siyahısına daxil edilmiş mədəni sərvətlər, habelə həmin siyahıya daxil edilənədək və ya həmin siyahıya daxil edilməsindən imtina edilənədək barəsində mədəni sərvətin müəyyən olunması haqqında qərar qəbul edilmiş mədəni sərvətlər başa düşülür.
Müəllimini güllələyən şagird kimlərdən göstəriş alıb? - ŞOK DETALLAR ÜZƏ ÇIXDI
Bakının "nəqliyyat dərdi"nə dərman olacaq? - Relslər üzərində yeni ümid
Bölgələrdə bir günlük istirahət neçəyə başa gəlir? - QİYMƏTLƏR
Güclü külək nə qədər maşın və evə ziyan vurub? - Ödənilən məbləğ
Paytaxt avtobusunda qeyri-adi addım – “BakuBus”un sürücüsü ... – VİDEO
Bu telefonların maya dəyəri bahalaşdı - VİDEO
Azərbaycanda qadınların nəqliyyat sektorunda təmsilçiliyi artır - Pilotdan maşinistədək
Bu dayanacaqda saxlamayan avtobus sürücülərinə xəbərdarlıq edilib – AYNA-dan AÇIQLAMA
Yeni sədr kimdir? - Dosye
Sürücü hazırlığı üzrə təhsil haqqı endirildi - 266 manatdan ... - AYNA - FOTO
Baş nazirdən benzinlə bağlı QƏRAR - 30 gün sonra qüvvəyə minir










