Bu qız öz rəfiqələrini sevgilisinə bıçaqlatdırdı - VİDEO

Qız, sifarişlə iki rəfiqəsini bıçaqladıb. Qanlı hadisə avqustun 30-da gecə saatlarında paytaxtın Nizami rayonunda baş verib. Qara Qarayev prospektində yerləşən binalardan birinin girişində naməlum şəxs Bakı şəhər sakinləri Vüsalə Saramanova və Elnarə Mikayılovaya ağır bədən xəsarəti yetirib. Qızlar ağır vəziyyətdə xəstəxanaya yerləşdirildiklərindən həmin vaxt onların ifadəsini almaq mümkün olmayıb. DİN-dən Avtosfer.az-a verilən məlumata görə, hadisə barədə məlumat daxil olan kimi Nizami Rayon Polis İdarəsi 25-ci Polis Bölməsi əməkdaşları tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Bölmə əməkdaşları tərəfindən qısa zamanda cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanılaraq istintaqa təhvil verilib.
Hadisəni törədən Şəhriyyar Əlizadə ilkin ifadəsində onu da bildirib ki, bıçaqladığı hər iki qadın onun qeyri rəsmi yaşadığı Elyanora Osmanova haqqında təhqiramiz ifadələr işlədiblər. Bu səbdən də Şəhriyyar Əlizadə yaşadıqları binanın qarşısına gələrək onları gözləyib. Qadınlar gecə yarısı gəlib liftə minərkən Şəhriyyar da onlarla qalxıb və 9-cu mərtəbəyə qədər onlardan birinə 8, digərinə isə 11 bıçaq zərbəsi vurub. Faktla bağlı rayon polis idarəsində cinayət işi başlanılıb.
Elmin
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












