Bu şəhərdə minlərlə “ağıllı” kameralar quraşdırılacaq

Dubay küçələrində müxtəlif dövlət qurumları üçün məlumat toplamaq məqsədilə minlərlə kameralar quraşdırılacaq. Bu barədə “Gulf News” nəşri məlumat yayıb. Avtosfer.az AzərTac-a istinadən xəbər verir ki, “Oyoon” adlı yeni layihə hökumətin Dubayı 2021-ci ilə qədər “ağıllı şəhər” etmək proqramının bir hissəsidir. Kameralar şəhərdə baş verən cinayətləri, qeyri qanuni hərəkətləri, yol hərəkəti qaydalarının pozuntusunu izləyəcək. Quraşdırılmış kameralar süni intellekt vasitəsilə insanın iştirakı olmadan ekrandakı canlı mənzərəni analiz edə biləcək. Həmçinin insanların üzünü tanıyacaq, əşyaları və minik vasitələrini müəyyən edəcək. “Ağıllı” kameralar yol hərəkət qaydalarını pozan şəxsləri müəyyən edəndən sonra, polis maşını saxlamadan cərimə yazmaq imkanı qazanacaq.
Qeyd olunur ki, yaxın zamanda bütün kameralar birləşdiriləcək və toplanan informasiya vahid mərkəzə ötürüləcək. Kameraların təkcə yollarda deyil, bütün şəhər ərazisində qurulması nəzərdə tutulur. Dubay polisinin fikrincə, bu tədbirlər şəhərdə fövqəladə hallarda operativ reaksiya verməyə, cinayətlərin azalmasına və şəhərin təhlükəsizliyinin tam təmin olunmasına xidmət edəcək.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












