Bu şəxslər metro və avtobusdan pulsuz istifadə edə bilər – SİYAHI - VİDEO

“İctimai nəqliyyatda qiymətlər artdıqdan sonra onlarla insan güzəşt edilməsi ilə bağlı mənə müraciət edib”. Globalinfo.az xəbər verir ki, bu sözləri deputat Razi Nurullayev ARB telekanalına müsahibəsində deyib.
O, sosial şəbəkələr üzərindən araşdırmalar apardığını bildirib.
Sitat: “Dünyanın bir çox ölkələrində tələbələr, həssas təbəqə və yaşlı insanlar üçün güzəştlər nəzərdə tutulur. Elə qonşu Türkiyədə də bu praktikadan geniş istifadə olunur. Mənə elə gəlir ki, bu gün Azərbaycanda həssas təbəqələrdən biri yaşlı insanlar, ikincisi də tələbələrdir. Ona görə də, tələbələrə 50 faiz güzəşt, yaşlılara üçün isə pulsuz nəqliyyatdan istifadə etmə imkanları yaradılmalıdır. Hamımız bilirik ki, yaşlı insanların qayğıya ciddi ehtiyacı var”.
Avtosfer.az xəbər verir ki, mövzunu Globalinfo.az-a şərh edən deputat Vahid Əhmədov həmkarının fikirləri ilə razı olduğunu bildirib:
“Avtobus və metroda gedişhaqqı artırıldıqdan sonra güzəşt məsələsi gündəmə gəldi. Əslində, dünya təcrübəsində də bu var. Bazar iqtisadiyyatı sistemində belə məsələlər bir o qədər də müsbət qəbul olunmur. Əlbəttə, mən də istərdim ki, tələbələr, yaşlı insanlar üçün müəyyən vəsiqələr verilsin ki, onlar da nəqliyyatdan pulsuz istifadə edə bilsinlər. Məsələyə müsbət yanaşıram. Amma bunu etmək üçün mütləq mənbə göstərilməlidir. İkincisi də hesablama aparılmalıdır ki, bunun üçün nə qədər vəsait tələb olunduğu dəqiq bilinsin”.
Əfqanıstan-Pakistan münaqişəsi bu dəfə niyə qızışıb? – Politoloq AÇIQLADI
Sosial şəbəkələrə girişdə yaş məhdudiyyəti olacaq - Prezidentdən sərəncam
Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu – SİYAHI
Vətəndaşın süni intellektlə hazırlanan videosunu yayanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakıda heç kimin fikir vermədiyi yaşlı kişinin köməyinə polis çatdı - VİDEO
Nil Monze bıçaqlandı - FOTOLAR
Ramazan ayının doqquzuncu gününün duası - İmsak və iftar vaxtı
Bu, onların tabutuna vurulmuş son mismar idi - İlham Əliyev - VİDEO
Ermənistan hökuməti seçkilərə görə Avropa İttifaqına müraciət edib - POLİTOLOQ
Süni intellekt də Bakı tıxacı ilə bacara bilmir — "Möcüzə mümkün deyil"
Hər kəs Bakıda çəkilən bu görüntülərdən danışır: 5000 manat cəriməsi var — VİDEO









