Bu şəxslərin də maaşları artırıldı - YENİ İLDƏN

Dekabrın 29-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi Şurasının 2022-ci il üçün sonuncu iclası keçirilib.
İclasda giriş nitqi ilə çıxış edən rektor professor Cəfər Cəfərov universitetdə il ərzində görülən işlər və qarşıdakı hədəflər haqqında danışaraq qeyd edib ki, yola saldığımız il ADPU-da inkişaf ili kimi səciyyələndirilə bilər.
İl ərzində ADPU-CVU ikili magistr diplom proqramının ilk buraxılışı keçirildiyi, Kitabxana-İnformasiya Mərkəzi yenidən qurulması, yeni tədris laboratoriyalarının yaradılması, bir neçə əməkdaşın elmlər doktorluğu dissertasiyasını müdafiə etdiyini, Türkiyə ali təhsil müəssisələri ilə qarşılıqlı əməkdaşlıq, mübadilə və ikili diplom proqramlarının imzalandığını və s. məsələləri qeyd edən rektor bildirib ki, 2022-ci ildə ADPU-nun publik hüquqi şəxsə çevirilməsi və qarşıdan gələn institusional akkreditasiyaya hazırlıq universitet kollektivinin önündə yeni hədəflər və vəzifələr qoyur.
Rektor Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu yaxınlarda Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşündə Pedaqoji Universitetin alimlərinin də iştirakının tarixi əhəmiyyətinə diqqət çəkərək Qərbi Azərbaycan həqiqətlərinin tanıdılmasında ADPU alimlərinin tədqiqatlarından danışıb, bu istiqamətdə fəaliyyətlərin bütün elmi-pedaqoji kollektiv qarşısında vacib vəzifə oluğunu bildirib.
Prof. C.Cəfərov vurğulayıb ki, bakalavriat və magistratura səviyyələrində yeni ixtisasların yaradılması, tədris proqramlarına yeni yanaşma, qəbul planlarına yenidən baxılması, məzunların məşğulluq məsələləri, eləcə də “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayışa dıdair I Dövlət Proqramı”nın icrasında aktiv iştirak etmək kimi məsələlər universitetin gələcək fəaliyyətində önəmli xətlərdəndir.
Sonra tədris işləri üzrə prorektor dosent Eldar Aslanov “ADPU-nun 2022/2023-cü tədris ilinin payız semestrinin imtahan sessiyasına hazırlığın vəziyyəti haqqında” məruzə ilə çıxış edərək bildirib ki, gələn ilin yanvar ayının 5-dən etibarən tələbələrin qış imtahan sessiyasına start veriləcək.
Prorektor qeyd edib ki, imtahanların təşkili üçün bütün zəruri hazırlıq işləri görülür, imtahanlarda şəffaflığın və operativliyin təmin edilməsi üçün Apellyasiya Komissiyası və İmtahan Qərargahı fəaliyyət göstərəcək, İctimai Şuranın üzvləri və tələbə təşkilatlarının nümayəndələri imtahan prosesini izləyəcək, habelə sessiya ərzində onlayn tələbə anketi aktiv olacaq.
Daha sonra cari məsələlərin müzakirəsinə keçilib. Rektorun müşaviri Ümid Mehdiyev ADPU-da “Bəxtiyar Vahabzadə” və “Xəlil Rza Ulutürk” adlı təqaüdlərinin təsis edilməsi, Vətən müharibəsi qazilərinin təhsil haqqı borcundan azad edilməsi və universitetdə əməkhaqqının artırılması haqqında məruzə ilə çıxış edib.
Qeyd olunub ki, növbəti təqvim ilindən etibarən ADPU-da əməkdaşanıb ki, Pedaqoji Universitetdə əməkdaşların sosial təminatının gücləndirilməsi prioritet məsələdirların əməkhaqqılarının diferensial yanaşma ilə minimum 10 faizdən başlayaraq artırılması nəzərdə tutulur.
Vurğul və son 6 il ərzində orta hesabla maaşların 53,5 faiz artırılması ilə yanaşı əməkhaqqının büdcədə xüsusi payı 90 faizdən 82 faizə qədər azaldılıb.
Sonda məruzələr Şura üzvləri tərəfindən müsbət qiymətləndirilib və təkliflər qəbul olunub.
SEPAH-ın region ölkələrinə niyə raket atır? – Politoloq səbəbləri AÇIQLADI
Bəşər tarxinin ən qanlı faciələrindən biri - 31 Mart azərbaycanlıların soyqırımı - FOTOSESSİYA
Bu ölkədə benzin bahalaşdı, gediş haqqı pulsuz oldu
Sürücü və sərnişinlərin "konum" dərdi: Ünvanların tapılmamasının səbəbləri - VİDEO
Bakı-Qazax yolunun Nəvahi ərazisindən keçən hissəsində hərəkət bərpa olunub - AAYDA
Xəzərin səviyyəsindəki dəyişiklik turizm üçün yeni yanaşma tələb edir - MEMAR
Çin avtomobilləri yağış sınağından çıxmadı
Paytaxtın yükü 4 dəfə artıb, amma kanalizasiya sistemi yenilənməyib - MEMAR
Sürücüləri təhlükəyə atan yol: Bir gündə onlarla maşının təkəri sıradan çıxdı - VİDEO
Leysanda yoxa çıxan nömrələrin dublikatı niyə verilmir? - VİDEO
Piyadalara su sıçradan sürücüləri hansı cəza gözləyir? - VİDEO










