Bu şəxslərin maaşları artdı - RƏSMİ

2025-ci il sentyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1764,9 min nəfər olub, onlardan 855,3 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 909,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. Avvtosfer.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, muzdla işləyənlərin 19 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 18 faizi təhsil, 13,9 faizi sənaye, 8,6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,8 faizi tikinti, 6,3 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat, 4,2 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,9 faizi peşə, elmi və texniki fəaliyyət, 2,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,3 faizi maliyyə və sığorta fəaliyyəti, 14,6 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.
2025-ci ilin yanvar-avqust aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,7 faiz artaraq 1093,8 manat təşkil edib. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olub (Axar.az).
Bəzi rayonlarında yollar dumanlı olacaq, buz bağlayacaq
Bakının iki böyük qəsəbəsini birləşdirən yol tikilir - VİDEO
Sürücülər üçün təhlükə törədən səki - "Nə işıq, nə yol nişanı var" - VİDEO
Bakıda yaşıllıq məhv edilərək yerində restoran tikiləcək? - VİDEO
Yeni Ələt–Astara magistralında qatı duman hərəkəti çətinləşdirib
Avtomobillər buzlu yollarda qəza edir - Qardan sonra fəsadlar - VİDEO
Gecə saatlarında sürət yarışları keçirilən yol - Nə radar var, nə kamera - FOTOLAR
Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? - AÇIQLAMA
Bir mübahisə, onlarla zərərçəkən: "Peşəkar sürücülərin çoxu Avropaya üz tuturlar"
Günay Ağamalı AVP sədri seçildi - YENİLƏNİB
Təyyarə qalmaqalında kritik nöqtə – Putin sözünü niyə tutmadı?











