Bu şəxslərin ölkədən çıxışına qadağa qoyulub – SİYAHI

Vergilər Nazirliyi vergi borcuna görə ölkədən getmə hüququ müvəqqəti məhdudlaşdırılmış vergi ödəyicilərinin siyahısını açıqlayıb. Avtosfer.az xəbər verir ki, bu haqda nazirliyin Analitik-informasiya şöbəsindən modern.az-a verilən məlumatda deyilib.
İyulun 25-nə olan məlumata görə, vergi borcunu ödəməyə görə ölkədən çıxışı məhdudlaşdırılanların sayı 283 nəfərdir.
Vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılmış hüquqi şəxslərin icra orqanlarının rəhbərlərinin sayı isə 313-dür.
Onların içərisində "Qaradağ tikinti materialları" ASC, "Qarant tikinti" MMC, "DELTA-08" MMC, "Bakı futbol klubu" MMC, "Sonalar Sonası" MMC, "Akkor Hydrotechnıcal Construction" MMC və başqa icra orqanlarının rəhbərinə ölkədən çıxışına qadağa qoyulub.
Qeyd edək ki, "İcra haqqında" Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə, Vergi Məcəlləsinin 23.1.16-cı və 23.1.15-3-cü maddələrinə əsasən vergi ödəyicisi vergi borcunu ödəmədikdə məhkəmənin qərarı əsasında fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanlarının rəhbərlərinin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər.
Bu isə o deməkdir ki, vergi borcunu tam ödəməyənə kimi belə şəxslərin ölkədən kənara çıxmasına icazə verilmir.
Tam siyahı ilə aşağıdakı linklərdə tanış ola bilərsiniz:
http://www.taxes.gov.az/uploads/vergiborcu/airHuquqi.pdf
http://www.taxes.gov.az/uploads/vergiborcu/airFiziki.pdf
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ_Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA










