Bu telefon nömrəsini yadda saxlayın! - DİN-dən açıqlama

Mediada dəfələrlə yer alan xəbərdarlığa baxmayaraq kontur dələduzlarının qurbanı olan şəxslərin sayı hər gün daha da artır. Xəbər verdiyimiz kimi, həmin hal dünən müğənni Faiq Ağayevin də başına gəlib, xalq artisti sözügedən dələduzlara aldanaraq şəxsi kontur hesabından söylənən məbləği (40 manatı) geri göndərib. “Qafqazinfo” məsələylə bağlı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəis müavini Ehsan Zahidovla əlaqə saxlayıb. Rəis müavini bildirib ki, bu kimi hallarda dələduzların tapılmasını istəyən şəxslər ilk növbədə polisə müraciət etməlidir: “Hər hansı bir şəxs dələduzluq qurbanı olursa, mediaya yox, yaşadığı ərazidəki polis orqanlarına və yaxud 102 zəng mərkəzinə dərhal məlumat verməlidir. Bizə müraciət etmədən sosial şəbəkədə yazmaq onların öz günahıdır. Dələduzluq halı yaşandıqda dərhal bizə müraciət olunmalıdır ki, polis həmin şəxsləri isti izlərlə ifşa etsin”.
Qeyd edək ki, sözügedən nömrə (050) 856-92-75 nömrəsidir. Bu nömrənin sahibi bir neçə vətəndaşa qarşı bu dələduzluq üsulundan istifadə edib. Belə ki, o, vətəndaşlara zəng edərək guya, səhvən onların balansına pul yüklədiyini deyir. Daha sonra həmin məbləği geri tələb edir. Məhz xalq artisti Faiq Ağayevə zəng edən şəxs özünü Elvin kimi təqdim edib.
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO
Təmirə bağlanan yollarla əlaqədar məlumatlar sürücülərə necə ötürülməlidir? - DEPUTAT
Metroda xətlərin ayrılması tələbələrin kirayə xərclərinə təsir edəcəkmi?
Sərnişin sıxlığı ilə əlaqədar dərslər distant təşkil oluna bilər? - Ekspertdən AÇIQLAMA











