Bu toyuq kəsimi sexinin fəaliyyəti dayandırırldı – Gigiyenik tələblərə ... - VİDEO

Masallı rayonunun Banbaşı kəndində Rövşən Cəfərbala oğlu Cəfərova məxsus toyuq kəsimi sexində plandankənar yoxlama aparılıb. Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Bildirilib ki, yoxlama zamanı obyektin qida təhlükəsizliyi ilə bağlı tələbləri ciddi şəkildə pozduğu müəyyən edilib:
"Belə ki, sexin sanitar-gigiyenik tələblərə cavab vermədiyi, təmizlik və dezinfeksiya üçün uyğun şəraitin olmadığı, həmçinin dezinfeksiya işlərinin aparılmadığı, qida ilə təmasda olan səthlərin korroziyaya davamlı və yuyula bilən materiallarla üzlənmədiyi, təmizləyici vasitələr üçün ayrıca yerin olmadığı aşkarlanıb. Bundan başqa, kəsim üçün gətirilən quşlara dair müşayiətedici baytarlıq sənədləri də təqdim olunmayıb. Nöqsanlarla bağlı inzibati protokol tərtib edilib və obyektin fəaliyyəti qanunvericiliyə uyğun olaraq məhdudlaşdırılıb".
AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq
TƏBİB Bahadur Rzayevə həvalə olundu
Avtomobildə qanunsuz reklama görə cərimə belə olacaq – YENİ QANUN
Maşında telefondan istifadə edənlər kamera ilə cərimə ediləcək - YENİLİK
Azərbaycanda ət bahalaşır: Yerli istehsal niyə tələbatı ödəmir? – AÇIQLAMA
İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundan paylaşım edib - VİDEO
Türkiyədən gətirilən məhsullar gömrük güzəştlərinə baxmayaraq niyə bahalaşır? – AÇIQLAMA
Bakıda hər il 300-ə yaxın ekoloji təmiz avtobus istismara verilir – EKSPERT - VİDEO
Avtobus sürücülərinin sərnişinlərdən “küsmə”sinin səbəbi nədir? - AÇIQLAMA
Avtomobillə işə gedənlərə PİS XƏBƏR!
Hindistanlı nazirə görə Özbəkistanın XİN başçısı da Bakıya gəldi - POLİTOLOQ












