Bu yaşayış sahəsinin sakinləri yolsuzluqdan əziyyət çəkir - Şikayətlərinə baxılmır - VİDEO

Paytaxtın Xəzər rayonu Zirə qəsəbəsində yerləşən Qışlaq yaşayış sahəsinin yolları istifadəyə yararsızdır.
Avtosfer.az xəbər verir ki, sakinlərdən biri xoşagəlməz mənzərəni videoya çəkərək sosial şəbəkə hesabında paylaşıb. Onun sözlərinə görə, sözügedən ərazidə yaşayan vətəndaşlar uzun müddətdir yol problemindən əziyyət çəkirlər. Şikayətçi, xüsusilə bağçaya gedən yolun yağışlı havada sürüşkən olduğunu bildirib. Belə ki, yağış suları yoldakı çökəkliklərə dolaraq gölməçələr yaradır. Nəticədə uşaqlarını bağçaya aparan valideynlər yolla hərəkət edə bilmirlər. Bağçaya gedən hər iki yolun eyni vəziyyətdə olduğunu qeyd edən sakin onun yalnız ön hissəsinə çınqıl töküldüyünü videoda göstərib. Şikayətçi, məsələylə bağlı dəfələrlə aidiyyəti quruma məktub yazdıqlarını, səyyar görüşlərdə iştirak etdiklərini, lakin problemin həlli istiqamətində heç bir addım atılmadığını bildirib. Əksər qəsəbələrə asfalt örtüyünün çəkildiyini bildirən sakin, qədim tarixə malik yaşayış sahəsinin gözardı edildiyini sonda təəssüf hissi ilə vurğulayıb.
Ümid edirik ki, sakinləri narahat edən bu məsələ qısa zamanda aidiyyəti qurum tərəfindən aradan qaldırılacaq.
Nərmin
Yollarda görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
Bakıda bu ərazidə işıqforlar işləmir - VİDEO
Azərbaycanda qar yağacaq, duman olacaq - PROQNOZ
Bakıda yeni metrostansiya bu əraziləri əhatə edəcək - Bəs stansiyanın adı nə olacaq? - AÇIQLAMA
Bu gün avtomobil yolları işçilərinin peşə bayramı günüdür
Yüklə dolu maşınlar Bakı Beynəlxalq Dəniz Ticarət Limanında qalıb - Sürücülərdən şikayət - VİDEO
Azərbaycanda zəlzələ olub – FOTO
Ramazan ayının dördüncü günün duası - İmsak və iftar vaxtı
Dövlət Mühafizə Xidməti öz işini icra edib: Təxribatın hüquqi təhlili - VİDEO
“İmprotex Motors”la bağlanan 2 milyonluq müqavilə iddialarına - MİLLİ MƏCLİSDƏN CAVAB
“Mənim corabımın qiyməti sənin maaşından çoxdur” - Tanınmış aparıcıdan diqqət çəkən paylaşım










