Bu yenilik Bakı-Sumqayıt yolundakı tıxacı azaldacaq? - AÇIQLAMA

Abşeron rayonunun Xırdalan şəhərində (Bakı-Şamaxı yolunun sağ hissəsində) yeni avtobus üçün park tikiləcək.
Bəs avtobusların artırılması Xırdalan yolunun tıxacını azalda bilər?
Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti İlqar Hüseynli "Metbuat.az"a açıqlamasında bildirib ki, avtobus parkının tikilməsi ilə xəttə daha çox avtobusun buraxılması və ya tıxacların aradan qaldırılması arasında birbaşa əlaqə yoxdur:
“Avtobus parkı Xırdalanda əsasən texniki məqsədlər üçün inşa edilə bilər. Burada avtobusların texniki baxışı, servisi, istismara yararsız nəqliyyat vasitələrinin saxlanılması, yeni avtobusların yerləşdirilməsi və park edilməsi kimi məsələlər həyata keçirilə bilər. Eyni zamanda, daşıyıcı şirkətlər tərəfindən sürücülər üçün təlimlərin və toplantıların keçirilməsi də bu ərazidə mümkündür. Avtobusların sayının artırılması və ya azaldılması isə birbaşa sərnişin daşımalarını həyata keçirən özəl şirkətlərin maliyyə dayanıqlığından asılıdır. Bu, avtobus parkının mövcudluğu ilə bağlı məsələ deyil”.

İ.Hüseynli indiki vəziyyətdə avtobusların xəttə buraxılmasının tıxaclara təsir edib-etməyəcəyi məsələsinə də toxunub:
“Məlum olduğu kimi, Xırdalan–Bakı istiqamətində avtobusların hərəkəti üçün ayrıca zolaq mövcuddur və avtobuslar bu zolaqla Şamaxinka ərazisinə qədər rahat hərəkət edə bilirlər. Lakin Şamaxinkadan sonra, 20 Yanvar dairəsinə yaxınlaşana qədər avtobuslar da digər nəqliyyat vasitələri kimi tıxacda qalırlar. Bu baxımdan, avtobusların sayının artırılması şəxsi avtomobillərlə hərəkət edən sürücülər üçün tıxac problemini aradan qaldırmır. Tıxac necə mövcuddursa, eyni şəkildə qalır”.
Ekspertin sözlərinə görə, tıxacların azaldılmasının əsas həlli yol infrastrukturunun genişləndirilməsi ilə bağlıdır:
“Buraya hərəkət zolaqlarının sayının artırılması, yol ötürücülərinin çoxaldılması, Bakı şəhərinə Sumqayıt istiqamətindən giriş və çıxış imkanlarının genişləndirilməsi daxildir. Bakı–Sumqayıt və Xırdalan istiqamətlərində yol şəbəkəsi nə qədər genişləndirilərsə, tıxacların azalmasına bir o qədər yaxınlaşmaq mümkün olacaq”.
İlham Əliyevin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur
Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH












