Bu yolda hərəkət 3 gün məhdudlaşdırılacaq

Biləcəri-Binəqədi avtomobil yolunda (4-cü qapı küçəsi) aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq may ayının 4-dən 5-nə keçən gecədən etibarən yolun bir hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılacaq. Bu, "Azəravtoyol" ASC-dən Avtosfer.az-a verilən məlumata görə, hərəkətin məhdudlaşdırılması 3 gün ərzində Biləcəri-Binəqədi yolunun “Daş bazarı” adlanan ərazisində, 4 yolun kəsişməsində tətbiq ediləcək. Avtonəqliyyat vasitələri üçün sözügedən yola giriş yol polisinin stasionar postuna düşən yolda yerləşən dairədən və Respublika Baş Dövlət Yol Polisi İdarəsinin binasının yerləşdiyi yoldan 4 yolun kəsişməsinə düşən küçədən tam olaraq bağlanacaq. Həmçinin, həmin kəsişmədən Biləcəri qəsəbəsinin mərkəzinə getmək də mümkün olmayacaq. "Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur və qeyd olunan müddət ərzində alternativ yollardan istifadə etməkləri tövsiyyə olunur", - deyə xəbərdə qeyd edilib.
Emin
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












