Bu yolda piyada zolağı var, ancaq istifadə etmək olmur - VİDEO

Sumqayıtda Üzeyir Hacıbəyov küçəsində çəkilmş piyada zolağı görənləri təəccübləndirir. Məsələ ondadır ki, zolağın axırında ağaclar və dekorativ güllər əkilib. Buna görə də əksər piyadalar məcbur qalıb zolağın sonunda yenidən maşın yoluna çıxmalı olurlar. Bu isə onların həyatı üçün təhlükə yaradır.
Avtosfer.az xəbər verir ki, məsələyə aidiyyəti qurum aydınlıq gətirib. Sakinlər üçün piyada zolağı çəkilsə də, əksər sakinlər buradan istifadə edərkən təhlükə ilə üz-üzə qalırlar. Piyadaların sözlərinə görə bu piyada zolağı düzgün çəkilməyib. Məsələ ilə bağlı Baş Dövlət Yol Polsi İdarəsi Sumqayıt "Siqnal" İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsindən bildirilib ki, sözügedən piyada zolağı ilə bağlı quruma heç bir müraciət daxil olmayıb. ''Ağaclar və dekorativ güllər isə zolaq çəkildikdən sonra əkilib. Əraziyə yenidən baxış keçiriləcək, yaranmış çətinliyin aradan qaldırılması istiqamətində tədbirlər görüləcək''-deyə məlumatda bildirilib.
Ramazan ayının iyirmi üçüncü gününün duası - İmsak və iftar vaxtı
Prezidentin sosial şəbəkə hesablarında XIII Qlobal Bakı Forumundan paylaşım edildi - VİDEO
Çin şirkətindən yeni kəşf; batareyalar 5 dəqiqəyə 70% dolacaq - RƏSMİ
Azərbaycanda benzin bahalaşacaq? - AÇIQLAMA
Paytaxtda bu yollarında tıxac var - SİYAHI
İranın Hörmüz boğazına nəzarəti dünya iqtisadiyyatını riskə atır? - ARAŞDIRMA
Tərbiyə məqsədilə uşağı döyən valideyn və müəllimlər cərimələnəcək - MƏBLƏĞ BİLİNDİ
ABŞ-İsrail-İran münaqişəsində nüvə silahı istifadə edilsə nə baş verər? - Ekspert AÇIQLADI
Bu ödənişlərə komissiya gəlir - Pulunuz TUTULACAQ - FOTO
Prezidentdən neftin bahalaşması ilə bağlı AÇIQLAMA
Şuşaya aparan döyüş yolu, DQ-nin tarixi missiyası - DİN açıqladı










