Bu yolda piyadalar və sürücülər üçün təhlükə yaranıb - VİDEO

Bakı-Ələt magistralında piyadalar və sürücülər üçün təhlükə yaranıb.
"Xəzər Xəbər"in vatsap qaynar xəttinə müraciət edən sakinlər deyirlər ki, yolun Qobustan qəsəbəsindən keçən hissəsinin kənarındakı hasar aşmaq üzrədir.
Məlumata görə, səki olduqca balaca, hasar isə yolun hərəkət hissəsinə yaxındır. Bu isə o deməkdir ki, hasar piyadalarla yanaşı, avtomobillərin də üzərinə aşa bilər.
Hasarın digər hissələrində də çatlar əmələ gəlib.
Məlumata görə, həmin hasar illər əvvəl tikilib. Üstəlik, üzərinə örtək daşları vurulub. Bu səbəbdən hasarın yükü də artıb.
Problem ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyindən bildirildi ki, həmin hasar Agentlik tərəfindən tikilməyib və qurumun balansında deyil.
Qaradağ Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.
Ətraflı videomaterialda.
Paşinyan niyə "qorxunc təhlükə" xəbərdarlığı etdi: Ermənistanda "müharibə partiyası"...
Azərbaycanın bəzi çaylarında sululuq artır: Sel təhlükəsi - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
Sosial şəbəkələrdə “1200 manatlıq” tələ – XƏBƏRDARLIQ EDİLDİ
FHN əhaliyə müraciət etdi - Yanğın təhlükəsizliyinə riayət edin!
Son günlər yayılan bu görüntülər hər kəsi narahat edir – Yollarda təhlükəli trend - VİDEO
Yağıntılar intensivləşəcək, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Qarşıdakı 6 günün havası ilə bağlı XƏBƏRDARLIQ
Bakıda 42 ünvanda hərəkət qismən məhdudlaşdırılacaq - SİYAHI
Muğanlı-İsmayıllı yolunda mühafizə zolağında sürüşmə olub - AAYDA - VİDEO
21 Mart - Beynəlxalq Novruz Günüdür










