Bu yolda sürücülər hər həftəsonu ənənəvi tıxaca səbəb olurlar - VİDEO

Gündəm 16 Oktyabr 2024 16:00 Oxunub 204
Bu yolda sürücülər hər həftəsonu ənənəvi tıxaca səbəb olurlar   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Paytaxtın Sabunçu rayonu Ə.Məmmədəliyev 63 ünvanında dayanma-durma qaydalarını pozan sürücülər yolda hərəkəti iflic edirlər.

Mövcud problemlə bağlı izləyicilərdən biri Avtosfer.az-a videomaterial göndərib. Şikayətçi bildirib ki, sözügedən küçədə yolun hər iki tərəfi qanunsuz parklanma zonasına çevrilib. Onun sözlərinə görə, kameranın olmamasından istifadə edən sürücülər ərazidə hər həftəsonu qanunsuz parklanma məntəqəsi yaradır. Nəticədə yoldan keçən hərəkət iştirakçıları dəqiqələrlə süni tıxacda gözləməli olur. Sürücü, Sabunçu bazarında həftənin şənbə və bazar günləri açılan “rus bazarı”nın xoşagəlməz mənzərəyə səbəb olduğunu əlavə edib.

Qeyd edək ki, o, məsələylə bağlı dəfələrlə aidiyyəti orqana şikayət etdiklərini, lakin müraciətlərinin cavabsız qaldığını bildirib.

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh