Bu yolda yenidən torpaq sürüşməsi olub: Təhlükə yaranıb - VİDEO

Şamaxı-Qonaqkənd avtomobil yolunda yenidən torpaq sürüşməsi baş verib. Avtosfer.az xəbər verir ki, sözügedən yol 2019-cu ildə əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib. Lakin cəmi iki il sonra - 2021-ci ildən etibarən ərazidə torpaq sürüşmələri qeydə alınmağa başlayıb. İlkin mərhələdə sürüşmə yolun bir neçə nöqtəsində müşahidə olunsa da, zaman keçdikcə proses genişlənərək daha böyük ərazini əhatə edib. Sakinlərin dediklərinə görə, sürüşmə hər il təkrarlanıb, son günlərdə isə vəziyyət daha da ağırlaşıb. Hazırda yolun təxminən 30-40 metr uzunluğunda hissəsi ciddi şəkildə zədələnib. Bir hissəsi demək olar ki, tamamilə uçquna məruz qalıb. Kənd istiqamətində hərəkət edən zolağın kənarında dərin uçurum yaranıb.
Hazırda sürüşməyə məruz qalan sahədə nəqliyyat vasitələri yalnız təxminən 50 santimetr enində qalan asfalt zolağı ilə hərəkət edir. Həmin hissədə də asfalt örtüyündə çatlar əmələ gəlib və yolun tamamilə uçmaq təhlükəsi qalmaqdadır.
Ramazan ayının iyirmi birinci gününün duası - İmsak və iftar vaxtı
Dayanacağın yanında parkalanan maşınlar avtobusa maneə yaradır - 69-BB-079 - FOTO
Yaxın Şərqdəki müharibə Cənubi Qafqaza necə təsir edəcək? – Politoloq AÇIQLADI
Paytaxtın 14 küçəsində tıxac var - SİYAHI
İsrail ŞOK siyahı yaydı – Onlar da ÖLDÜRÜLƏCƏK - FOTO
Pezeşkian bu gün üzr istəyir, sabah İran yenə qonşularına dron hücumu edir - POLİTOLOQ
ABŞ-İsrail qüvvələri açıqladıqlarının əksinə, İranı niyə məğlub edə bilmir? – Ekspertlər ŞƏRH ETDİ
Prezident pensiyalarla bağlı QANUNA DƏYİŞİKLİK ETDİ
36 ildir Prezidentin təhlükəsizliyini təmin edir - Bu gün yubileyidir
Ramazan ayının iyirminci gününün duası - İmsak və iftar vaxtı
Prezident İlham Əliyev Türkiyəyə raket hücumunu qınadı










