Bu yoldakı çökmə də ölümə səbəb olan həmin xəttə bağlıdır - VİDEO

Ziya Bünyadov prospekti ilə Ələsgər Qayıbov küçəsinin kəsişməsində yolun bir hissəsində çökmə baş verib.
Avtosfer.az xəbər verir ki, bu barədə “İctimai TV” sözügedən ərazidən süjet hazırlayıb.
Bildirilib ki, prospektin bir hissəsində diametri təxminən 1 metrə qədər yolda çökmə baş verib.
Həmçinin qeyd olunub ki, iyunun 26-da Cümşüd Cümşüdlünün ölümünə səbəb olan çökmə ilə bu yolun bir hissəsi eyni kanalizasiya xəttinə bağlıdır.
Xatırladaq ki, C. Cümşüdlü Nərimanov rayonu, Baksol yolu adlanan ərazidən keçərkən yolda çökmə baş verib və o, kanalizasiya xəttinə düşüb, bir neçə gün sonra meyiti tapılıb.
Bakı Su Kanalı İdarəsinin rəisi Rauf Osmanov bildirib ki, hazırda ərazidə işlər davamlı şəkildə aparılır: “Artıq 930 metr xətt dəyişilib. Bir neçə kollektorun işi başlamışdı, yarımçıq qalanları da həll edirik. Gələcəkdə Bakıətrafı kanalizasiya kollektorunun şəhərin mərkəzindən kənara çıxarılması planlaşdırılır”.
Daha ətraflı videomaterialda:
Qəzaların sayını azaltmaq üçün bunları etmək lazımdır - VACİB AÇIQLAMA
Avtomobilin üzərinə çıxan piyadanı nə gözləyir? — Bu qədər cəriməsi var - VİDEO
Trampın yeni hədəfi Afrikanın enerji mənbələridir? – Politoloq AÇIQLADI
"Bacı-qardaşlar bilmədən evlənə bilər" – Ekspertdən "hind filmi" xəbərdarlığı
Günəşdə güclü partlayış baş verib
Velosiped zolaqları ləğv oluna bilərmi? - AYNA-dan AÇIQLAMA
Generalın oğlunun keçmiş sevgilisi danışdı: "Onun ..." — FOTOLAR
Daxili İşlər Nazirliyi və təhlükəsizlik siyasəti: rəqəmlərin göstərdiyi mənzərə
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq – SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ!
Bu şəxslərə kommunal ödənişlərlə bağlı pul verilir - SİYAHI
Paytaxtın 17 küçəsində tıxac var - SİYAHI











