Bu yoldakı vəziyyət sakinlərdə narazılıq yaratdı - VİDEO

Bakının Yasamal rayonu Mikayıl Müşfiq küçəsinin sakini yaşadığı binanın qarşısından keçən yoldakı vəziyyətdən narazıdır.
Avtosfer.az xəbər verir ki, sosial mediada video paylaşan vətəndaş piyada nişanı olmasına baxmayaraq, ərazidə piyada zolağının olmadığını bildirib. Yerüstü nişanın da ağacın budaqları arasında qalaraq görünmədiyini göstərən sakin yaşlıların və uşaqların bu ərazidə təhlükə ilə üzləşəcəyini vurğulayıb.
Şikayətçi qeyd edib ki, yolda bir neçə kilometr məsafədə geriyədönmə və ya həyətlərə daxil olmaq üçün qırıq xətlər də qoyulmayıb. Bu da sakinlərin 20 nömrəli məktəb istiqamətində evlərinə gedərkən Nəriman Nərimanov heykəli və eyniadlı prospekti dolanaraq qayıtmaq məcburiyyətində qaldığını deyib.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət etdik. Qurumdan saytımıza bildirildi ki, ötən həftə Mikayıl Müşfiq küçəsində təmir və xətlənmə işləri başa çatdırılıb və vətəndaşın qeyd etdiyi hallar artıq aradan qaldırılıb.
(qafqazinfo)
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq - DİQQƏT!
Prezident Sərəncam imzaladı: 10 min manat verilir
Bu gecədən Kiçik çillə başlayır: şaxta, çovğun və sərt günlər...
Günəşdə təhlükəli aktivlik: X sinifli partlayış riski artıb
Doqquz ildir istifadəyə verilən körpü niyə işıqlandırılmır? - VİDEO
Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng edib
Bakıda hava bu tarixdə kəskin dəyişir: Qar yağacaq
Bu yollarda duman olacaq - Sürücülərin nəzərinə!
Səidin küsmə dərsi bizə nəyi öyrədir? - Elşad Hacıyevdən AÇIQLAMA
"Bakıda tramvaylara ehtiyac var" - EKSPERT
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib - FOTO











