Bu yoldan keçənlər ayaq saxlamadan ötə bilmirlər: səbəb təbiətin gözəlliyidir - VİDEO

Bakı-Qazax avtomagistralının Ağstafadan keçən hissəsində bir yer var ki, buradan keçənlər ayaq saxlamadan ötə bilmirlər. Onlar mütləq dayanıb, şəkillər çəkdirir, təbiətin gözəlliyindən zövq almağa çalışırlar. Avtosfer.az xezerxeber.az-a istinadən məlumat verir ki, söhbət indi mövsümü olan lalələrdən gedir. Həmin yoldan keçənlər, təkcə baxıb seyr etməklə kifayətlənmirlər, ayaq saxlayıb, özlərini təbiətin qoynuna atmağa çalışırlar. Kimisi şəkil çəkdirir, kimisi isə çiçək dərir. Ağstafa çöllərində bitən al lalələr Bakı-Qazax avtomagistralından ötüb-keçənləri dayanmağa məcbur edir. Xalı kimi yerə sərilmiş bu lalələri görərkən uşaqdan-böyüyə hər kəsin əhval-ruhiyyəsi yüksəlir. Yoldan ötənlər deyirlər ki, buradan keçəndə həm də məhşur "Lalələr" mahnısı yada düşür. Odur ki, təbitin bu gözəlliyini salamlamadan keçmək olmur. İldə bir dəfə - mayın əvvəllərində bir çoxları Ağstafa çöllərində bitən lalələri görməyə tələsir. Həm rayon sakinləri, həm ətraf rayonlarda yaşayanlar, həm də uzaq şəhər və rayonlardan gələnlər buradan ötərkən təbiətin bəxş etdiyi bu gözəlliyi heyranlıqla izləyirlər. İndi bu qısa ömürlü güllərin cəmi bir neçə günü qalıb. Çünki bir neçə gündən sonra lalələr solacaq və bu gözəllikdən əsər-əlamət qalmayacaq.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












