Bu yollar bağlı olacaq - DYP-dən xəbərdarlıq

20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar paytaxtın bəzi küçə və prospektlərində hərəkət məhdudlaşdırılacaq, müəyyən vaxt isə yollar tamamilə bağlanacaq. Avtosfer.az xəbər verir ki, 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə bağlı xüsusi tədbirlər planı hazırlanıb. İdarədən bildiriblər ki, həmin gün səhər tezdən Azərbaycanınhökumət və dövlət nümayəndələri, diplomatik korpusun təmsilçiləri, sıravi vətəndaşlar 20 Yanvar faciəsinin qurbanlarının dəfn olunduğu Şəhidlər xiyabanını ziyarət edəcəklər. Vətəndaşlar 20 saylı orta məktəbin qarşısından Parlament prospekti ilə Şəhidlər xiyabanı istiqamətində hərəkət edəcəklər.
Plana əsasən, Şəhidlər xiyabanına gələn ziyarətçilərin təhlükəsizliyini təmin etmək məqsədilə yanvarın 20-si saat 07:00-dan mərasim başa çatanadək Bakının Mikayıl Müşviqküçəsi və Hüseyn Cavid prospektinin kəsişməsindən, Mikayıl Müşviq dairəsi ilə Mətbuat prospektinin kəsişməsindən, Mehdi Hüseyn küçəsində "Teleteatr" binasının qarşısından,Milli Məclisin inzibati binasının arxa hissəsində İzzət Nəbiyev və Abbasqulu Abbaszadəküçələrinin kəsişməsindən Parlament prospekti - Şəhidlər xiyabanı istiqamətinə bütün nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Bununla əlaqədar Yol Polisi İdarəsi sürücüləri həmin gün göstərilən istiqamətlər üzərindən hərəkət edərkən alternativ yollara üstünlük verməyə, ümumiyyətlə şəxsi nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etməyə çağırıb.
Bakı Şəhər Baş Polis İdarəsindən (BŞBPİ) bildiriblər ki, ümumiyyətlə, yanvarın 20-də Bakı Polis Qarnizonu gücləndirilmiş rejimdə işləyəcək. Vətəndaşların Şəhidlər xiyabanını ziyarət etməsi saat 11:00-dan başlayacaq və axşam saatlarınadək davam edəcək.
Qeyd edək ki, yanvarın 20-də saat 12:00-da bütün respublikada, o cümlədən paytaxtda bir dəqiqəlik sükut elan ediləcək, yollarda bütün avtomobillərdə siqnal, metroda qatarlar, dənizdə isə gəmilər dayanaraq eyni anda fit verəcəklər.
Emin
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI












