Bu yollar səhərdən axşama kimi bağlı olacaq - SİYAHI

Bu gün Azərbaycanda keçirilən "Tour d’Azerbaidjan-2016" veloyürüşünün final mərhələsi keçiriləcək. Sonuncu finiş mərhələsi səhər saat 9-da Azadlıq meydanından başlayacaq. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədovun Avtosfer.az-a verdiyi məlumata görə, yarış iştirakçıları Nobel prospekti, Hövsan-Aeroport beton yolu, Qala, Mərdəkan, Buzovna, Bilgəh və Hava limanı yolu ilə şəhərin mərkəzinə doğru, yəni, Heydər Əliyev prospekti, Yusif Səfərov, Üzeyir Hacıbəyov, Puşkin, Neftçilər, «Qoşa qala» qapısı, İstiqlaliyyət, Sona Əliyeva, Lermontov, Parlament, İnşaatçılar, Hüseyn Cavid, Landau, Bakıxanov, Səməd Vurğun, Şəmsi Bədəlbəyli və Bülbül küçəsi marşrutu üzrə bir neçə dəfə dövrə vuracaqlar. Yarış saaat 15.30-dək davam edəcək. DYP bildirir ki, bununla əlaqədar olaraq qeyd olunan istiqamətlər üzrə avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyulacaq. Sürücülərdən alternativ yollardan istifadə etmək xahiş olunur.
Emin
ABŞ_Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO
Təmirə bağlanan yollarla əlaqədar məlumatlar sürücülərə necə ötürülməlidir? - DEPUTAT










