Bu yollarda tıxac yaranıb

Azadlıq prospektində bir neçə gündür ki, vəziyyət gərgin olaraq qalır.
Bakı Nəqliyyat Agentliyindən (BNA) Avtosfer.az-a verilən məlumata görə, bu gün səhər saatlarından etibarən paytaxtın Azadlıq və Tbilisi prospektləri, Ceyhunbəy Hacıbəyli küçələrində fasilələrlə nəqliyyatın sıxlığı müşahidə olunur.
Bunu nəzərə alaraq deyilən istiqamətlərdə hərəkətdə olan sürücülərə alternativ yollardan istifadə etmək tövsiyə olunur.
Qeyd edək ki, Azadlıq prospekti Bakıda nəqliyyatın sıxlığının, eləcə də tıxacların ən çox müşahidə edildiyi yollardandır.
Xatırladaq ki, Azadlıq prospekti ilə Cəfər Xəndan, Səttar Bəhlulzadə və Naxçıvani küçələrinin kəsişən hissələrindən prospektə giriş-çıxış tam bağlıdır. Bununla əlaqədar M.Ə.Rəsulzadə qəsəbəsi istiqamətindən şəhərə doğru gələn avtonəqliyyat vasitələrinin sürücülərinə alternativ olaraq Süleyman Sani Axundov küçəsi ilə "Azadlıq prospekti" m/stansiyası və 8-ci mkr istiqamətinə, eləcə də Məsud Davudoğlu küçələri ilə 6-cı mkr. istiqamətinə hərəkət etmələri tövsiyə olunur. Azadlıq prospektinin sözügedən ərazisində tam məhdudlaşdırma təmir işləri bitənədək tətbiq olunacaq.
Bundan əlavə, sözügedən prospektin Ziya Bünyadov prospekti ilə kəsişməsindən Səttar Bəhlulzadə küçəsi ilə kəsişməsinədək hissəsində də yol bağlanıb.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












