Bu yollardan keçənlərin nəzərinə - Bağlanacaq

Bakı Nəqliyyat Agentliyi (BNA) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) fərdi avtomobil nəqliyyatı vasitələrinin sahiblərinə müraciət edib. BNA-dan Avtosfer.az-a bildiriblər ki, "TOUR d`AZERBAİDJAN" beynəlxalq velosiped turunun keçirilməsi ilə əlaqədar may ayının 8-də səhər saat 09.00-dan 12.00-dək Bakı şəhərində "Azadlıq meydanı - Neftçilər prospekti - Nobel prospekti - Zığ şosesi - Qala yolu - Buzovna - Bilgəh - Zuğulba - Buzovna - Hava limanı şosesi" marşrutu üzrə nəqliyyatın hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq. Həmin gün saat 09.00-dan 15.30-dək isə "Heydər Əliyev prospekti - Yusif Səfərov küçəsi - Üzeyir Hacıbəyli küçəsi - Puşkin küçəsi - Azadlıq meydanı - Nefçilər prospekti - İçərişəhərdə Kiçik Qala küçəsi - Qoşa Qala Qapısı - İstiqlaliyyət küçəsi - Sona xanım Vəliyeva küçəsi - Lermontov küçəsi - Teymur Elçin küçəsi - Mehdi Hüseyn küçəsi - Parlament prospekti - H.Cavid prospekti - Landau küçəsi - İnşaatçılar prospekti - Bakıxanov küçəsi - Səməd Vurğun küçəsi - Şəmsi Bədəlbəyli küçəsi - Bülbül prospekti - Üzeyir Hacıbəyli küçəsi - Puşkin küçəsi - Azadlıq meydanı" marşrutu üzrə nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılacaq.
Göstərilən vaxtda həmin istiqamətlərə alternativ yollardan istifadə olunmasını xahiş edilir.
Emin
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












